Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda bir ildə 5520 uşaq doğulub

Ötən il Naxçıvan Muxtar Respublikasında 5520 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 163 min 281 olub.

 Bu da 2017-ci illə müqayisədə 1168 uşaq çoxdur.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır ki, bunlardan da 23 min 523-ü qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfində tədrisə 2429-u qız olmaqla, 5023 şagird cəlb olunub. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali, 615-i orta ixtisastəhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunanların 331-i 500-700 arası bal toplayıb ki, bunlardan da 190-ı qızlardır. 2017- 2018-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medala, 151-i isəfərqlənmə attestatına layiq görülüb.

Medallara layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 6 nəfər 600-650, 18 nəfər 650-700 arası bal toplayıb. Onlardan 6-sı Prezident təqaüdünə layiq görülüb. (azvision.az)

pia.az


Etiket: Naxçıvan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar