Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tailand gözəli Bakıda yaşayacaq - Foto

Tailand gözəli Miks Haksholm Azərbaycanda yaşayacaq

PİA.az oxu.az-a istinadən xəbər verir ki, "Neftçi”nin yeni transferi Petru Rakunun həyat yoldaşı kimi Bakıda məskunlaşacaq.

1981-ci ildə Tailandda doğulmuş, atası danimarkalı olan Haksholm 2003-cü ilə "Miss Tailand” seçilib. O, həmin il Miss Dünya yarışında Yenyira Kerdprasop adı ilə iştirak edib. Polyak əsilli isveçli rejissor Peter Qaşinski onun haqqında sənədli film çəkib və 2004-cü ildə SVT telekanalında göstərilib.

Haksholm Tailandda doğulsa da, İsveçdə böyüyüb. O, əvvəl Tailand, daha sonra İsveç millisində kamandan oxatma üzrə yığma komandanın üzvü olub. 2005-ci ildə Tailandda kamandan oxatma üzrə idman ustası adına yiyələnib.

O, 2012-ci ildə Yay Olimpiya Oyunlarında iştirak etmək istəsə də, rəqabətdən məğlub ayrılaraq yığmaya götürülməyib. Bununla belə, o, komandaya dəstək olmaq üçün Londona yollananlar arasında olub.

38 yaşlı model özündən altı yaş balaca olan Raku ilə futbolçu 2007-2011-ci illərdə İsveçdə yaşayarkən tanış olub. Hələ onda tərəflərin 20 və 26 yaşları olub. Tanışlıqdan altı ay sonra Raku evlənmək təklifi ilə müraciət edib.

Qeyd edək ki, Moldova çempionu "Şerif”lə dörd dəfə avrokuboklarda "Qarabağ”a qarşı oynamış Petru Raku "Neftçi” ilə cari mövsümün sonunadək müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Tailand və İsveç jurnalları üçün dietoloq kimi məsləhətlər verən model Miks Haksholm ən azı yayadək Azərbaycanda yaşayacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar