Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prosedurlar 2-yə, qoşulma müddəti 20 günə endirildi...

Bu gün “Azərişıq” ASC mətbuat nümayəndələrinin iştirakı ilə 1 saylı “ASAN Kommunal” mediatur təşkil edib

Azərişıq ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli jurnalistlərə məlumat verib ki, Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana edilən dəyişiklikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib.

Elsevər Rüstəmlinin sözlərinə görə indi tələbatı 150 kilavata qədər olan obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarın KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir.

“Mərkəzə yaxınlaşan kimi sahibkar sənədlərini təqdim edir və kVt-a uyğun olaraq ödənişini edib gedir. Dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış ASAN-portala yerləşdirir”-o deyib.

E.Rüstəmli jurnalistləri məlumatlandırıb ki, mərkəzin digər otağında qərarlaşan müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura üzvləri 10 gün müddətində xəttin trassasını, adiyyəti qurumlarla razılaşdırılmaları, texniki şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir.

Növbəti 10 gün müddətində isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir, sayğac qoyulur, Texniki Şərt, Layihə, akt, müqavilə paketi ikinci prosedur olaraq sahibkara təqdim olunur.

“Beləliklə, birinci dəfə ASAN Xidmətə gələn sahibkarla, ikinci dəfə onun obyektində təmas qurulur. Bununla da sahibkarla iki təmas olmaqla cəmi 20 gün müddətinə onun obyektinə işıq verilir”-o bildirib. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar