Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin “vor zakon”lara qarşı Saakaşvili metodunu işə saldı

Dünən Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların (MCQ) liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanunvericilik təkli ilə çıxış edib

Putinin təklifinə görə, belə qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar. Təklifin əsas mahiyyəti bundan ibarətdir ki, “vor zakon” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.

Xatırladaq ki, bu taktikadan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən dərhal sonra istifadə etmişdi. Belə ki, “Qızılgül inqilabı”ından əvvəl Gürcüstanda cinayətkarlığın səviyyəsi olduqca yüksək idi, az qala hər iki adamdan biri özünü “vor zakon” sayırdı. Saakaşvili mütəşəkkil cinayətkarlığa sarsıdıcı zərbə vurmaq üçün xüsusi qanun layihəsi hazırlayıb parlamentə təqdim etdi. Bu qanuna əsasən şəxsin “vor zakon” statusunu etiraf etməsi onun 8-10 ilə qədər həbsi üçün əsasdır. Cinayətkar aləmin qanunlarına görə əgər “vor zakon” titulu daşıyan şəxs bunu publik şəkildə inkar edirsə dərhal bu statusunu itirmiş olur. Beləliklə, polis gürcü “vor”lara qarşı əməliyyatlar keçirirdi və onları qruplar halında tuturdu. Daha sonra kameralar qarşısında onlara “vor zakon” olub-olmadıqları haqda sual verilirdi.

Bu qanunun təsiri ilə Gürcüstanda “vor zakon”ların sayı sürətlə azaldı - onların çoxu ölkəni tərk etməli oldu.

İndi bu taktikadan Rusiya prezidenti istifadə edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin prezidentin bu təklifinin dərhal parlamentdə müzakirəyə çıxarılacağını bəyan edib. (müsavat.com)

pia.az


Etiket: Putin MCQ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar