Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmət Taleh Bağırovun aclıq keçirməsi xəbəri haqda

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) “Nardaran hadisələri” ilə bağlı həbs olunmuş Taleh Bağırova məhdudiyyətlər qoyulması və təzyiq olunması haqda yayılan məlumatlara münasibət bildirib

PX-nın yaydığı açıqlamada qeyd olunub ki, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək həbsxanada cəza çəkən T.Bağırova qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib:

“Həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin T.Bağırov onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatçılığını anlayaraq həbsxana rəisi Taleh Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov “Siz bura niyə gəlmisiniz, durun gedin” ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, “Mən gündəmdə qalmaq istəyirəm, bu, mənim bir şansımdır” deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq “Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm” deyib.

Penitensiar Xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar