Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov Yohannes Hanla görüşdü

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər AzərbaycanAvropa İttifaqı arasındakı müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Daha sonra tərəflər AzərbaycanAvropa İttifaqı arasında mövcud olan strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə aparılan danışıqlara toxunublar. Bu xüsusda, sözügedən saziş üzrə danışıqların yekunlaşmasının əhəmiyyəti qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqqında Aİ komissarına məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionda inkişaf üçün müvafiq şərait yaradacağını və rifah naminə sülhü təmin edəcəyini vurğulayıb.

Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Aİ komissarı Y.Han ilə enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar