Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəkiloğluları İstiqlal yolunda” - Tədbir

15 fevral 2019-cu il tarixdə Səməd Vurğunun ev muzeyində Azərbaycan Cümhuriyyətinin yuzillik yubileyi tədbirləri çərçivəsində ev muzeyinin təşkilatçılığı ilə "Vəkiloğluları İstiqlal yolunda”adlı tədbir keçirilib

PİA.az Kult.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə müzeyin direktoru Nüşabə Vəkilova açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra isə mövzu ətrafında Cümhuriyyət irsinin araşdırıcıları tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, tarix elmlər doktoru Solmaz Tohidi, tarix elmləri üzrə fəlsəfə doktoru, Mahir Qəribov, fəlsəfə doktoru Nazir Əhmədli, filologiya elmlər doktoru Esmira Fuad çıxış ediblər.

Azərbaycan Milli İstiqlalının əldə olunmasında mühüm rolu olmuş vəkiloğulları nəsli Cümhuriyyət parlamentində 4 deputatla təmsil olunub. Doktor Məmmədrza ağa Vəkilov, parlamentin ən gənc deputatı, istiqlal bəyannaməsinin mətinin və Azərbaycan Cümhuriyyətinin ilk yazılı tarixi olan “Azərbaycan Cümhuriyyətinin yaranma tarixi adlı” əsərin müəllifi Rəhim bəy Vəkilov, 23 yaşlı Daxili İşlər Naziri Mustafa ağa Vəkilov, Azərbaycanın yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov Azərbaycanın dövlət quruculuğunda və parlamentin fəaliyyətində fəal iştirak etmişlər. Onu da qeyd etmək lazımdır ki dövlət quruculuğunda iştirak etməklə bərabər 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Balo bəy Vəkilovun başçılığı ilə könüllü batalyon Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıqlar göstərib. Həmçinin ötən əsrin sonlarında Azərbaycan müstəqiliyinin bərpa edilməsi ilə nəticələnən Milli Azadlıq hərakatında Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun mühüm rolu olub.

Tədbirin sonunda İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Qan Turalının “Rəhim bəy Vəkilov” tamaşası göstərilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar