PSJ-nin braziliyalı futbolçusu Neymar zədəsi ilə bağlı açıqlama verib
PİA.AZ komanda.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu yaşıl meydanlara dönəcəyi vaxtı açıqlayıb:
"Sağalma prosesi sürətli gedir. Müalicələrdən razıyıq. Yenidən meydana çıxmaq üçün səbirsizlənirəm. Zədəmin 8-10 həftə davam edəcəyi güman edilir".
PSJ-nin "Strasburq"la oyununda zədələnən Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə matçda iştirak etməyib.
pia.az