Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanılıb
DİN mətbuat xidmətindən virtualaz.org-un Şirvan bürosuna verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evində də narkotik vasitə saxladığı müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da aşkar edilərək götürülüb.
pia.az