Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu - Təfərrüat

Cavid Qurbanov 24,5 faiz səhmi “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Dəmir Yolları QSC-yə ödəməli olduğu 42 milyonun bir hissəsi ilə əvəzləyib

Bir müddət öncə ölkə mediasında “Turkcell” şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın “Azerinteltek” şirkətindəki payını “Baltech Investment” MMC şirkətinə satılması barədə məlumat yayıldı. “Marja” nın yaydığı xəbərdə bildirilirdi ki, “Turkcell” şikəti “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin (İnteltek) kapitalının 55%-nə sahibdir. “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən “Azerinteltek” şirkətinin 51%-nə sahib idi.

“Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin, “Azerinteltek”də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, “Azerinteltek”in 24,5 faiz ilə səhmdarı olan “Baltech Investment”ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir”, – “Turkcell”dən bildirilib.

Xəbərdə qeyd edilirdi ki,“Azerinteltek”də 75,5% paya malik olacaq “Baltech Investment LLC” şirkəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsusdur.

“Azerinteltek” şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu bildirilirdi.

“TOPAZ”- brendinin məxsusu olduğu “Azərİnteltek” QSC-nin Cavid Qurbanov tərəfindən ələ keçirilməsi ilə bağlı AzToday.az-a daha bir ilginc məlumat daxil olub. Saytımıza verilən məlumatda bildirlir ki, QSC sədri Cavid Qurbanova məxsus “Baltech İnvestment” şirkəti “Azerinteltek” şirkətindəki 75,5% lik payını 100 faizə çatdırıb.

Belə ki, Cavid Qurbanov “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun “Azerinteltek” QSC-dəki 24,5 faiz səhmlərinə əl qoyub. İddiaya görə Cavid Qurbanov “Hafka” nın səhmlərini ona məxsus “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Dəmir Yolları QSC-yə olan 42 milyonluq borcunun bir hissəsi ilə əvəzləyib. Hazırda “Azerinteltek” QSC-nin İdarə Heyətində dəyişiklik olduğu və qurumu Cavid Qurbanovun işçilərindən birinin idarə etdiyi bildirilir. (Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik – red.)

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC şirkətlərini öhdəliklərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə vermişdi. Məhkəmə prosesində ADY-nin nümayəndəsi, vəkil İlqar Abbasov çıxış edərək demişdi ki, ““Baghlan Group” rəsmi olaraq “Trans Qafqaz Transport” un təsisçisi olub. Şirkətin rəhbəri Hafiz Məmmədov “Dəmir Yolları İdarəsi” tərəfindən onlara “TQT”yə köçürülən 42 milyon manat pulu “Baghlan Group”un hesabına keçirib və həmin pullar ofşor hesablara çıxarılaraq orada bölüşdürülüb”. Bundan başqa vəkil İlqar Abbasov çıxışında Hafiz Məmmədovun “ADY”nin 47 maşınını Naxçıvana apararaq orada gizlətdiyini bildirmişdi.

AzToday.az-a verilən məlumata görə “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun Azərbaycan Dəmir Yolları QSC-yə olan borcunu ödəmək istəmədiyini görən Cavid Qurbanov yerdə qalan səhm paketlərini də borc əvəzi ondan məcburən alıb. Hafiz Məmmədovun Cavid Qurbanovun bu hərəkətindən narazı olmasına baxmayaraq məcburən səssiz qaldığı bildirilir…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar