Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bankları ötən il 7 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Ötən il Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun formalaşıb

Bu bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar il ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.

Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 25,4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,3%-i dollarda, 16,7%-i isə digər valyutalarda aparılıb, 33%-i banklararası valyuta bazarında (BVB), 67%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

BVB-də dollarla aparılan əməliyyatların 53,5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının dəyəri isə 17 milyard dollar ekvivalentində olub ki, bunun da 77%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93%-ni hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə 7 milyard dollar ekvivalentində olub. Bunun 5,4 milyard dollarını və yaxud 77%-ni dollarla aparılan əməliyyatlar təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar