Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Münhen Təhlükəsizlik Konfransı başlayır

Dünyanın təhlükəsizliyi üçün narahatlıq yaradan 10 problemin sırasına Dağlıq Qarabağ münaqişəsi niyə daxil edilməyib?

Fevralın 15-də 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayır. Fevralın 17-dək davam edəcək konfransda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfərin, o cümlədən 35 dövlət və hökumət başçısının, 80 müdafiə və xarici işlər nazirinin iştirak edəcəyi xəbər verilir.

Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Konfransda iştirakdan imtina edənlər arasında Fransa prezidenti Emmanuel Makron və İsrail baş naziri Binyamin Netanyahu kimi şəxslər var.

Münhendə ABŞ-ı vitse-prezident Mayk Pens, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, həmçinin Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner təmsil edəcək.

Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO baş katibi Yens Stoltenberq iştirak edəcəklər. Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Bəs Münhen Təhlükəsizlik Konfransının dünya üçün hansısa ciddi əhəmiyyəti varmı? Orada müzakirə olunan və verilən qərarların təsir gücü olurmu?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Münhen konfransında dünyanın təhlükəsizliyi üçün narahatlıq yaradan 10 problemin sırasına Dağlıq Qarabağ münaqişəsi daxil edilməyib. Bu ayrı-seçkilik nədən qaynaqlanır? Dünya birliyi Qarabağ münaqişəsini artıq dondurulmuş və təhlükə vəd etməyən münaqişə sayır?

Nəzakət Məmmədova: “Görünür, Qarabağ məsələsini Rusiyanın nüfuz dairəsinə daxil olan problem, ATƏT-in Minsk Qrupunun inhisarında olan münaqişə saydıqlarından...”

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Almaniya Soyuq müharibə dövründə SSRİ ilə Almaniya arasında ayırıcı xətt rolunda olan ölkə olduğundan, Qərbin bir sıra təhlükəsizlik məsələlərini araşdırma mərkəzləri məhz bu ölkədə yerləşir, məsələn, Corc Marşall adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi kimi. Yeri gəlmişkən, o da Münhen yaxınlığındadır. Münhen Təhlükəsizlik Konfransı da 1962-ci ildən bəri düz 57 ildir ki, keçirilir. Bu, həmin 1962-ci ildir ki, SSRİ ilə ABŞ-ı nüvə müharibəsinin bir addımlığına gətirən, rusların Karib böhranı, Qərbdə isə raket böhranı adlanan qarşıdurma baş vermişdi. Ondan bir il əvvəl isə 1961-ci ildə Berlin divarı çəkilmiş, Sovetlər İttifaqı kosmosa ilk uçuş həyata keçirmişdi: “Belə bir zamanda Münhen şəhərində Xristiyan-sosialistlərin rəhbərliyi altında Hərbi Məsələlər Konfransı hər il keçirilməyə başladı, sonradan Münhen Təhlükəsizlik Konfransı adlanmağa başladı.

Münhen Təhlükəsizlik Konfransının yarandığı ildən sonrakı ilk 30 ildə onun istirakçıları əsasən NATO ölkələrinin yüksək rütbəli hərbi və siyasi liderləri olub. Soyuq müharibə başa çatdıqdan sonra isə 90-cı illərin ortalarından etibarən onunla bir zamanlar əks qütbdə dayanan Rusiya, Çin, Şərqi Avropa liderləri də onun işində iştirak etməyə başlayıb. Biz şəxsən bir zamanlar Almaniyada kəşfiyyatçı işləmiş prezident Putini də Münhen konfransında iştirak və çıxışlar edərkən müşahidə etmişik.

Eyni zamanda məhz prezident Putinin 2007-ci ildə Münhendəki məşhur çıxışı dünyada birmənalı olaraq yeni Soyuq müharibənin başlanğıcı kimi qəbul olunmuşdu. Amerika senatorları Makkeyn, Lindsi və başqaları da daxil olmaqla Putini bu çıxışı ilə qeyd etdiyimiz yeni Soyuq müharibə yelləri əsdirməkdə ittiham etdilər. Xatırlasaq ki, Davosda da Ərdoğanla Şimon Peres arasında məşhur polemika baş vermişdi, onda mübaliğəsiz qeyd etmək olar ki, belə mötəbər platformalar dünya siyasətinin axarına təsir edir, nəinki dövlətlərarası əlaqələrdə, hətta beynəlxalq münasibətlərdə dönüş nöqtəsinə çevrilə bilir".

Politoloq onu da qeyd etdi ki, Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu, Valday klubu kimi beynəlxalq platformalar dövlətlərin birləşmə məkanından çox, əksər hallarda boykot, münaqişə, mübahisələrlə yadda qalır. Trampın ABŞ-Çin ticarət savaşı səbəbindən son Davos Forumuna qatılmaması buna əyani misaldır: “Bəzi araşdırmalara görə, müharibə və sülh, qlobal siyasətin digər aspektləri, biznes və maliyyə məsələləri, dünyanın resursları və pullarına nəzarət məhz bu qapalı forumda əksini tapır. Məsələn, Daniel Estulin ”Bilderberq klubu" kitabında yazır ki, “1954-cü ildə dünyanın ən qüdrətli, nüfuzlu insanları Hollandiyada ilk dəfə qapalı şəraitdə görüş keçirdilər və dünyanın gələcəyinə dair bundan sonra məxfi görüşlər keçirməyi qərara aldılar. Dünya siyasətində xüsusi yeri olan ABŞ, Kanada və Qərbi Avropanın siyasi-maliyyə elitasının həmin görüşləri indiyədək məxfi, yalnız öz adamlarından ibarət məxfi, dar bir çevrədə təşkil olunur.

Onunla müqayisədə Münhen konfransı və digər bu tip platformalar daha açıq, şəffaf, məxfilik pərdəsi örtülməmiş şəkildədir. Belə bir yanaşma da mövcuddur ki, bu cür platformalar xüsusi xidmət orqanları tərəfindən təşkil olunub və ona nəzarət edilir. Məsələn, “Bilderberq klubu” 40-cı illərdə Amerikanın Avropa elitaları üzərində nəzarətini möhkəmlətmək məqsədilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmışdı. Amerikanın Avropa işlərinə birbaşa açıq müdaxiləsi bu ölkələrin ictimaiyyəti tərəfindən narazılıqla qarşılandığı üçün Mərkəzi Kəşfiyyat İdarəsi NATO üzvü ölkələrinin siyasi-maliyyə elitasını “məsləhətləşmələr” adı ilə “Bilderberq klubu”nda toplamağa qərar vermişdi".

Münhen konfransının gündəliyində Dağlıq Qarabağ münaqişəsinin dünya üçün narahatlıq yaradan problemlər sırasına daxil edilməməsinə gəlincə, N.Məmmədova dedi ki, dünyada münaqişələrə, təhlükələrə də yanaşmada ayrı-seçkilik nöqteyi-nəzərindən yanaşma var. Bu cür platformaları təşkil edən güc dairələri yalnız öz mənafelərinə zərbə vura biləcək məsələləri gündəmə gətirirlər: “Görünür, Qarabağ məsələsini Rusiyanın nüfuz dairəsinə daxil olan problem, ATƏT-in Minsk Qrupunun inhisarında olan münaqişə saydıqlarından Münhen forumu onu gündəliyinə daxil etmək istəməyib. Halbuki indiyə qədər Azərbaycan prezidenti İlham Əliyev də orada iştirak və çıxış edib, eləcə də Ermənistanın keçmiş prezidenti Sərkisyan Münhendə çıxış etmişdi”. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar