Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi Sammitindən hansı nəticələr çıxa bilər?

Rusiyanın Soçi şəhərində bu gün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında keçiriləcək görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq

Zirvə ilə bağlı “Russia Today”-ə (RT) açıqlama verən Rusiya İnnovativ İnkişaf İnstitutu İslam Araşdırmaları Mərkəzinin direktoru Kirill Semyonov, ABŞ-ın Suriyadan çıxarılması ilə Rusiya, Türkiyə və İranın birgə həll etməsi lazım olan problemlərin miqyasının genişlənəcəyini bildirib. Semyonova görə, məsələn, Moskva, Ankara və İranın Türkiyənin kürd qurumlarından qorunması üçün tampon bölgənin necə qurulacağına qarşı ortaq bir cavab tapmaları lazımdır.
Tampon bölgə ilə bağlı Semyonov bunları deyib:

"Türkiyə tampon bölgəni Suriyalı müxaliflərin nəzarət edəcəyi bir regiona çevirmək istəyir. Bura rəsmi Dəməşqə müxalif olan qüvvələr yerləşdiriləcək. Bunlar əslində Afrində, Cerablusda, Zeytun Budağı və Türkiyənin digər əməliyyatlarının həyata keçirildiyi bölgələrdəki idarələrin bir davamı olacaqlar. Əsəd və Moskva belə bir mövqeyi dəstəkləmir. Rusiya bu bufer zonanın yaradılmasına üçüncü tərəflərin nəzarətində bir zolaq halında olması şərtilə razılıq verir. Menbiçə gəlincə, Türkiyə buranın müxaliflərin nəzarətinə keçməsini istəyir, Moskva isə Dəməşqin".

DSG-nin aqibətinə qərar verilməlidir

Semyonova görə, ABŞ-ın qurduğu Demokratik Suriya Qüvvələrinin (DSG) aqibətinin necə olacağına da qərar vermək lazım olacaq. Semyonov "Türkiyə üçün DSG, PKK ilə əlaqəli terrorçu bir təşkilatdır. Əsəd qüvvələrinin sırasına daxil olmalarına Türkiyə mənfi yanaşacaq. Bu məsələ ilə bağlı bir çox sual var. Ancaq təhlükəsizlik boşluğu ola bilməz" deyib.

İdlibdə necə davranılacağına qərar verilə bilər

Liderlərin sammitdə böyük ehtimalla İdlibdə necə davranılması lazım olduğuna qərar verəcəyini bildirən Semyonov, "Başqa məsələlər də gündəmdə ola bilər. Moskva və Tehranla hərəkət edən Dəməşqin nailiyyətlərini nəzərə alsaq, mövqeyi möhkəmlənəcək" deyə bildirib.
Semyonov həmçinin "Ərdoğanın Əsədi Dəməşqin qanuni lideri kimi tanıması və ya Suriya ilə hərtərəfli əlaqələri bərpa etməsi qarşılığında tampon bölgə yaradılması məsələsində güzəştə gedilə bilər" deyə bir ehtimalı da gözardı etməyib. (müxalifət.az)

pia.az


Etiket: Soçi Sammiti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar