Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Rusiyadan qaz ala bilər

Gürcüstan hakimiyyəti Rusiya ilə qaz alışı mövzusunda danışıqlar aparır

Virtualaz.org “Vzqlyad” işgüzar nəşrinə istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobukiya deyib.

“Bəli, biz Rusiya ilə danışıqlar aparırıq və çox güman ki, müəyyən həcmdə qaz alacağıq ki, bu da bizə enerji təhlükəsizliyini və enerji asılılığının olmamasını təmin etməyə imkan yaradacaq”, - Kobuliya parlamentdə komitə dinləmələrində bildirib.

Onun sözlərinə görə, “bazarda daha böyük rəqabət yaratmaq üçün sistemin optimallaşdırılması planlaşdırılır ki, bu da bizə qaz alışının diversifikasiyası imkanı verəcək. Bazarda rəqabətin yaradılması qaz tariflərinin azaldılmasına şərait yaradacaq”.

“İstəyirik ki, bir yox, daha çox qaz təchizatçısı olsun”, - gürcüstanlı nazir deyib.

Kobuliyanın sözlərinə görə, Rusiya ilə danışıqlar “çətindir və zaman tələb edir”, belə ki, Gürcüstan daha yaxşı şərtlər istəyir.

Gürcüstanın Rusiyadan hansı həcmdə qaz almaq niyyətində olduğunu nazir açıqlamayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar