Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosialist iqtisadiyyatının yeni örnəkləri

Mais Əlizadə, Turan İA

Təxminən 3 ay əvvəl ambarlara "soğan basqınları" təşkil ediləndə Türkiyənin sosialist iqtisadi sisteminə keçidin ərəfəsində olduğunu yazmışdıq.

Bazardakı inflyasiya yanğınını söndürə bilməyən iqtidar bunun günahını əvvəl müxalifətin üstünə atdı, sonra günahlandırma növbəsi marketlərə gəldi,axırda meyvə-tərəvəz tədarükçüləriylə ilə pərakəndə satıcıların arasındakı vasitəçilərin inflyasiyanın əsas səbəbkarı olduğu müəyyənləşdirildi.

Prezident Erdoğan 6 gün əvvəl kənd təsərrüfatı məhsullarının heç bir vasitəçi olmadan tədarükçüdən birbaşa istehlakçıya çatdırılması üçün təlimat verdi.

Bələdiyyələrə həvalə edilən bu iş üçün "Tənzim bazarları" quruldu.Fevralın 5-də İstanbulun bəzi nöqtələrində fəaliyyətə başlayan "Tənzim bazarları" 1970-80-ci illərdə Sovet İttifaqının böyük şəhərlərindəki mənzərələrinin fotosurəti kimidir.Oradakı "kooptorq"ların funksiyalarını indi Türkiyədə bələdiyyələr yerinə yetirir.

Bələdiyyələr dövlət qurumlarıdır.Tədarükçüdən gələn kənd təsərrüfatı məhsulları istehlakçılara bələdiyyələr vasitəsiylə satılıraq qiymətlərin artmasının qarşısı bu şəkildə alınırsa, demək, dövlət birbaşa ticarətlə məşğul olur.Elə isə Erdoğan hökuməti Türkiyəni sosializmin qalıqlarından xilas etməkə qürrələnirdi.

Doğrudanmı, 17 illik Erdoğan iqtidarı inflyasiya ilə bacara bilməyib dövləti bu işə qatmağı və qiymət artımlarının qabağını bu yolla almağı ən təsirli vasitə kimi gördü? Son çıxışlarından prezidentin bu işdən çox məmnun olduğu müşahidə edilməkdədir.

Erdoğan bəzi yerlərdə qurulan "Tənzim bazarları" sayəsində meyvə-tərəvəzin qiymətinin yarıya düşdüyünü elan etməkdən böyük məmnuiyyət hiss edir."

Soğan basqınları" dövründə AKP-nin mühüm adamlarından birinə sual vermişdim ki,soğanın qiymətinin 2 dəfə artması üçün bazardan neçə yüz min ton məhsul gizləmək lazımdır? Bəs insanların ən zəruri ehtiyaclarından biri olan sabunun qiymətindəki 100%-lik artıma nə deyirsiniz? Sabunu bazardan kim gizləyir? Cavabı bu olmuşdu ki,ildə 1 ədəd sabun alıb yuyunmaq mümkündür, soğana isə hər gün ehtiyac var.İqtidarın mühüm adamı bu izahın qeyri-ciddiliyini yaxşı bilirdi.Ancaq nə etməli,"soğan basqınları"na haqq qazandırmaq üçün hər cür məntiqsizliyə yol vermək olardı.Əslində isə məntiqsizlik deyilmiş.Çünki prezident Erdoğan kənd təsərrüfatı məhusllarından sonra təmizlik materiallarının qiymətini aşağı salmaq üçün tədbirlər görəcəklərini açıqladı.

Cənab Erdoğanın sözlərindən məlum oldu ki,inflyasiya ilə mübarizədə sosialist iqtisadi sistemin nəzarət və tənzim metodları, şəksiz-şübhəsiz, martın 30-na qədər davam etdiriləcək.Ancaq bu metodologiya inflyasiyanın aşağı salınması üçün çarə olacaqmı? İşin o tərəfi məchuldur. Çünki :

Orta səviyyədə olsa da Türkiyədə bazar iqtisaiyyatının prinsipləri hələ qüvvədədir və bazardakı qiymətlərə dövlətin bu qədər açıq şəkildə müdaxilə etməsi, hər şeydən əvvəl, bazar iqtisadiyyatının qaydalarına ziddir.

Daha əvvəl sosial-demokrat Bülent Ecevit hökuməti dövründə qurulan "Tənzim bazarları"nın dərdə dərman olmadığını prezident Erdoğan da bildiyi halda,keçmişi sərt tənqid etməsiylə tanınan cənab Erdoğan da indi o metoda sarılır.

İnflyasiyanın qabağı sosialist metodlarıyla alınsa,o metodlar bazarda qalıcı hala gətiriləcəkmi?

İnflasiyanın qabağı o metodlarla da alına bilməsə və "bazardakı yanğın" seçkinin nəticələrində həlledici rola malik olsa,iqtidar partiyası özünün iqtisadi siyasətini hansı məcraya yönəldəcək?

Sərbəst bazarın ərz-tələb münasibətləri içində bu işlər düzəlməsə, hökumət qiymətlərin tamamını nəzarət almağa çalışarmı? Və nəhayət, bazarda mal qıtlığı yaransa,hökumət sosializmin məşhur "Talon sistemi"nə də müraciət edəcəkmi?
Bəlkə də iqtisadiyyatın ən çətin sahəsi seçki ərəfəsində xəzinənin ağzının açıldığı siyasətdir.Həyata keçirilməyə başladığı andan tarazlıqları alt-üst edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar