Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiya bütün dünyada zəifləyir? - Avtoritar Şərq demokratik Qərbə doğru irəliləyir...

Politoloq: “Demokratiyanın önündə süni əngəllərin yaradılmasına cəhdlər edilsə də, onun qarşısını kəsmək, yayılmasını önləmək elə də asan məsələ deyil”

“Demokratiya özlüyündə yüksək siyasi mədəniyyətdir, üstün yaşam tərzidir, azadlıqdır, özünü ifadədir, rifahdır, təhlükəsizlikdir və qanunun aliliyidir. Liberal dəyərlər üzərində qurulan idarəetmənin insanların hüquq və azadlıqlarına ən etibarlı təminat olduğunu kimsə inkar edə bilməz”.

Bu sözləri politoloq Nəsimi Məmmədli dünyada demokratiyanın hazırkı vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Dünyada aparılan rəy sorğusuna görə dünya ölkələrin əhalisinin böyük əksəriyyəti, 63%-i ABŞ-ın liderliyinin davam etməsinin tərəfdarıdır. Qeyd edək ki, sorğu iştirakçılarının 19%-i Çinin, 13%- isə Rusiyanın liderliyinə daha xoş baxır. Bu nisbətə baxmayaraq bəzi ekspertlər hesab edir ki, Qərbdə demokratiya zəifləyir və yeni dünya düzəninin qurulduğu indiki günlərdə avtoritar Şərq demokratik Qərbə doğru irəlilələyir. Buna misal olaraq Avropada baş verən hadisələr önə çəkilir. Eyni zamanda Türkiyənin sürətlə Rusiyaya yaxınlaşması da diqqətə çəkilir. Ərdoğanın hakimiyyətində avtoritar cizgilər hər il daha da artmaqdadır. Rusiyanın və Çinin Avropanın işlərinə müdaxilə etməsi, eyni zamanda Trampın Yaxın Şərqin totalitar monarxiyaları ilə daha sıx əlaqəyə girməsi də diq qət çəkir. Ümumilik də isə Trampın hakimiyyəti dönəmində ABŞ demokratiyanın müdafiəçisi sifətini də itirməkdədir.

Hazırda Avropada yaranmış vəziyyət də heç ürək açan görünmür. Demokratiyanın beşiyində baş verən prosseslər təhlükədən xəbər verir. Xüsusən İtaliyanın solçu hökümətinin açıq şəkildə Rusiyanın tərəfində çıxış etməsi onu göstərir ki, Avropa da milli məsələlərin qabarması fonunda demokratik dəyərlərdən imtina tendensiyası güclənə bilər. Fransadakı vəziyyət də heç ürəkaçan görünmür. “sarı jiletlilər”in demarşı Fransada Makron hakimiyyətini və demokratiyanı təhlükə altına soxur.

Növbəti seçkilərdə Mari Le Penin başçılığı altında ultra millətçilərin Fransanda hakimiyyətə gəlməsi istisna olunmur. Bu isə Fransada Beşinci Respublikanın süqutu analamına gəlməklə yanaşı, eyni zamanda Avropada ciddi təlatümlərə yol aça bilər. Xüsusilə Mari Le Penin başçılığı altında ultra millətçilərin hakimiyyətə gəlməsi Avropa İttifaqının gələcəyini sual altına ala bilər. Bu isə Avripanın İkinci Dünya Müharibəsindən sonra qazandığı bütün dəyərlərin məhv olması və Avropanın yenidən müharibələr ocağına çevrilməsinə yol açar.

Hazırda dünyada demokratiyanın vəziyyəti necədir və avtoritarizmə rəğmən demokratiya bütün dünyada zəifləyirmi?

Mövzu ilə bağlı politoloq Nəsimi Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Nəsimi Məmmədli: “Demokratiya avtoritarizm üzərində ən təsirli basqıdır. Avtoritarizmin təsir hüdudlarını cilovlayan, imkanlarını daraldan nəhəng dinc siyasi vasitədir”.

Qeyd edək ki, politoloq Nəsimi Məmmədli dünyada gedən prosseslərdə demokratiya üçün ciddi təhlükə görmür. Hazırda dünyada qlobal informasiya mühitinin təsir imkanları genişləndiyini, və bu faktorun demokratiyanın yayılmasını da paralel olaraq artırdığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, internet resurslarının yaratdığı müsair sosial-psixoloji mühit avtoritar rejimlər üçün çox ciddi problemə çevrilməkdədir:

“XIX əsrdən etibarən dünya siyasi sistemi sürətlə yenilənmə mərhələsinə qədəm qoyub. Avropadan başlayan yeni siyasi münasibətlər sistemi tədricən daha geniş coğrafiyada yayılmaqdadır. İnsanlar dövlət idarəetməsində iştirakçılıq imkanı əldə etmək uğrunda amansız mübarizələr aparırlar. Mülkiyyət və seçki hüququ ilə başlayan proseslər böyüyərək bu gün təməl azadlıqların nəhəng hüquqi çərçivəsini yaratmağa nail olub.

Təəssüf ki, dünyada hamılıqla qəbul olunan və tətbiq edilən standart idarəetmə forması hələki mövcud deyil. Məhz Rusiya, Çin və digər avtoritar rejimlərin hökm sürdüyü cəmiyyətlər bu istiqamətdə əsas müqavimət göstərirlər. Bəlkə də dünyada qlobal sülhə, ekologiyaya, iqtisadiyyata ən ciddi təhdid elə bu amildir.

II Dünya Müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatı (BMT) dövlətlərin qoşulduğu ortaq hüquqi-siyasi beynəlxalq normalar qəbul etsə də, təəssüf ki bu beynəlxalq normalara əməl ediməsində hələ də ciddi problemlər var. Xüsusilə də anti-demokratik rejimlərin hüquq və azadlıqlara dözümsüz münasibəti, təbii resurslara sahiblənmə, cəmiyyət üzərində hökmranlıq iddiası bəşəriyyətə ən böyük təhlükə olaraq qalır. Eyni zamanda iqtisadi, siyasi və təhlükəsizlik maraqları altında hüquqların pozulması hallarına bütün dünyada rast gəlirik.

Nəsimi Məmmədli: “II Dünya Müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatı (BMT) dövlətlərin qoşulduğu ortaq hüquqi-siyasi beynəlxalq normalar qəbul etsə də, təəssüf ki bu beynəlxalq normalara əməl ediməsində hələ də ciddi problemlər var”.

Demokratiya özlüyündə çox geniş anlayışdır. Müasir dövrdə onu yalnız xalq hakimiyyəti kimi anlamaq doğru olmaz. Ən mükəmməl idarəetmə forması olduğunu demək çətin olsa da, hələki mahiyyət etibarilə ondan daha yaxşısı yoxdur.

Demokratiya özlüyündə yüksək siyasi mədəniyyətdir, üstün yaşam tərzidir, azadlıqdır, özünü ifadədir, rifahdır, təhlükəsizlikdir və qanunun aliliyidir. Liberal dəyərlər üzərində qurulan idarəetmənin insanların hüquq və azadlıqlarına ən etibarlı təminat olduğunu kimsə inkar edə bilməz. Demokratik cəmiyyət avtoritarizmdən fərqli olaraq mütəmadi olaraq özünü yeniləmək, tənzimləmək, təkmilləşdirmək imkanına malikdir.

Demokratiya avtoritarizm üzərində ən təsirli basqıdır. Avtoritarizmin təsir hüdudlarını cilovlayan, imkanlarını daraldan nəhəng dinc siyasi vasitədir. Demokratiyanın önündə süni əngəllərin yaradılmasına cəhdlər edilsə də, onun qarşısını kəsmək, yayılmasını önləmək elə də asan məsələ deyil.

Hazırda dünyada qlobal informasiya mühitinin təsir imkanları genişləndikcə, demokratiyanın yayılması da paralel olaraq artır. Xüsusilə də internet resurslarının yaratdığı müsair sosial-psixoloji mühit avtoritar rejimlər üçün çox ciddi problemə çevrilməkdədir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar