Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: "Qarabağla bağlı əsas gedişin zamanı yetişir"

"Regiondakı geosiyasi dəyişikliklər Azərbaycana Qarabağ probleminin həlli üçün müxtəlif imkanlar aça bilər"

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində Dağlıq Qarabağla bağlı çıxışını şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Prezident İlham Əliyevin müsahibəsində Qarabağ danışıqları ilə bağlı iki məqama xüsusilə diqqət çəkib:

“Birincisi, prezident danışıqlar prosesini Azərbaycanın niyyətli siyasətini əks etdirən bir hadisə olaraq qiymətləndirdi. Bu fikirlər birmənalı hazırkı real vəziyyəti əks etdirir. Belə ki, Azərbaycan dövlət başçısı təəssüflə vurğuladı ki, beynəlxalq qanunlar işləmir və hər bir məsələni ən son məqamda güc həll edir. Bu xüsusda cənab prezidentin Qarabağ məsələsinə aid olan çıxışının ikinci hissəsi - Azərbaycanın güclü olması faktoru və bunun gec-tez ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında mühüm rol oynayacağı diqqəti cəlb edir. Hesab edirəm ki, bu əsas məqama daha çox diqqət yetirməliyik, çünki güc amilinin həmişə gündəlikdə olacağına təsadüfən vurğu edilmədi. Danışıqlar prosesi davam edir və Azərbaycan bu meydanda sülhməramlı və konstruktiv mövqeyini nümayiş etdirir. Ancaq danışıqlar yalnız hər iki tərəfin zəhməti nəticəsində real nəticələrə gətirib çıxarır. Ermənistanın konstruktiv mövqe nümayiş etdirmədiyi danışıqlardan isə real nəticə gözləmək mümkün deyil”.

T.Zülfüqarov müsahibədə Qarabağ məsələsinin həlli ilə bağlı verilən mesajlara və xüsusilə vurğu edilən nüanslara da işıq salıb:

“Dövlət başçısının da vurğuladığı kimi regionda çox müxtəlif mürəkkəb proseslər cərəyan edir. Baxın, Ermənistanla əlaqədar olaraq hansısa geosiyasi dəyişikliklər istisna olunmur. Bu, indiki ərəfədə əsas məsələdir. Digər tərəfdən Qərblə Rusiya arasında gərginlik - müxtəlif bölgələrdə bu və ya digər şəkildə rəqabət artır. Buraya dünyada gedən bir çox prosesləri də əlavə etmək olar. Bütün bu geosiyasi dəyişikliklərin bu və ya digər şəkildə Qarabağ mövzusuna təsir göstərəcəyini istisna etmirəm. Düzdür, indi konkret nəsə demək çətindir, ancaq regiondakı geosiyasi dəyişikliklər Azərbaycana Qarabağ probleminin həlli üçün müxtəlif imkanlar aça bilər. Əsas məsələ ondan ibarətdir ki, bu imkanlar Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən daha güclü edir və imkanları daxilində öz xeyrinə olan siyasət həyata keçirməyə imkan verir”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Real TV-yə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan dövlətinin daxili və xarici siyasəti, ölkənin inkişaf istiqamətləri, həyata keçirilən tədbirlərin məqsədi və əhəmiyyəti və bir sıra digər aktual məsələlər barədə danışıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar