Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda aparılan struktur islahatlar - Hansı keyfiyyət dəyişikliyi yaranıb?

İqtisadçı-ekspert: “Paralel funksiya daşıyan qurumların ləğv olunması və yaxud da səlahiyyətlərin bir mərkəzdə toplanması məsələsi həll olunmalıdır”

 

“İdarəetmənin optimallaşması ilə yanaşı daha əlçatan olması, vətəndaşın icra strukturlarına və qərar verən mexanizmlərə asan çıxış əldə etməsi lazımdır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə son bir ildə aparılan struktur islahatların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu il yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmanına əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Eyni zamanda, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edilib. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Bundan başqa, ölkə prezidenti müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı da fərman imzalayıb.

Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi - səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər.

Bəs son bir ildə aparılan struktur islahatlarında paralel strukrurların yaradılması müşahidə olunurmu və son zamanlar aparılan struktur islahatları hökümətin işində hansı keyfiyyət dəyişikliyi yaratdığını demək olar? Həmçinin iqtisadi islahatların ölkədə siyasi və sosial prosseslərə təsiri barədə nə demək olar və aparılan islahatlar bütün sahələrdə yeni yanaşmanın formalaşması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı PİA.azın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “İqtisadiyyatda atılan addımlar mütləq paralel olaraq idarəetmə ilə tamamlanmalı və məhkəmə sisteminin yenidən qurulması ilə nəticələnməlidir”.

Paralel strukrurlar məsələsinin hələ də aktual olaraq qaldığını qeyd edən iqtisadçı-ekspert nəzərə çatdırıb ki, bu əsasən son zamanlar özünü tikinti sahəsində büruzə verir. Məsələn 12-ə yaxın dövlət qurumu var ki, tikinti ilə bağlı hər hansı qərarların verilməsində iştirak edir. Bunu bir mərkəzdə cəmləşdirmək və bir pencərə sisteminə keçmək daha effektiv olardı:

“Paralel strukrurlar məsələsi hələ də aktual olaraq qalır. Doğrudur son verilən qərarlarda bəzi paralel funksiyalar daşıyan qurumların səlahiyyətləri azaldıldı. Amma onu da qeyd edim ki, “Asan Xidmət” kifayət qədər özünü doğrultsa da, insanlar tərəfindən pozitiv qarşılansa da, hələ də “Asan Xidmət”də olan funksiyaların tamamına yaxını digər icra strukturlarında da qalır. Yəni bu paralellik hələ aradan qaldırılmayıb. Halbu ki, aradan qaldırılsa, daha effektiv olar.

Son zamanlar yeni yanaşma ondan ibarətdir ki, əgər hər hansı bir agentlik və yaxud da yeni bir qurum yaradılırsa, digər qurumlarda olan səlahiyyətlər ona ötürülür və həmin qurumun fəaliyyəti ilə bağlı daha effektiv bir metod tətbiq olunur. Bu nöqteyi nəzərdən bu ilin əvvəlindən yaradılmış qurumlarda paralellik aradan qaldırılmaya başlanılıb. Amma köhnədən qalmış bu problem hələ də qalır.

Hesab edirəm ki, gələcəkdə bu məsələ ilə bağlı daha qəti qərarların verilməsi lazım olacaq. Paralel funksiya daşıyan qurumların ləğv olunması və yaxud da səlahiyyətlərin bir mərkəzdə toplanması məsələsi həll olunmalıdır. Çünki səlahiyyətlərin səpələnməsi və bir neçə qurumun eyni səlahiyyətə malik olması idarəetmənin effektivliyinə mənfi təsir göstərir.

Natiq Cəfərli: “İqtisadiyyatda atılan kifayət qədər effektiv addımlar var. Amma bu addımlar hələ idarəetmədə tamamlanmayıb deyə ciddi nəticələrini görmürük”.

Bu əsasən son zamanlar özünü tikinti sahəsində büruzə verir. Məsələn səhv etmirəmsə, 12-ə yaxın dövlət qurumu var ki, tikinti ilə bağlı hər hansı qərarların verilməsində iştirak edir. Bunu bir mərkəzdə cəmləşdirmək və bir pencərə sisteminə keçmək daha effektiv olardı. Tikintiyə icazədən tutmuş son tikinti obyektinin qəbuluna qədər olan işlərin bir mərkəzə verilməsi və bir əldə cəmləməsi işin keyfiyyətini, surətini artıra bilər.

Görünən odur ki, idarəetmənin optimallaşdırılması nöqteyi nəzərdən müəyyən addımların atılması davamlı şəkildə olacaq. Prezidentin son çıxışlarında bununla bağlı bəyanatlar olub, eyni zamanda işlərin gedişatı da bunu göstərir. Amma bununla paralel olaraq idarəetmənin özünün, yəni fəlsəfənin dəyişməsinə də ehtiyac var. İdarəetmənin optimallaşması ilə yanaşı daha əlçatan olması, vətəndaşın icra strukturlarına və qərar verən mexanizmlərə asan çıxış əldə etməsi lazımdır.

Bununla da bağlı müəyyən işlər görülməlidir. Açığı müəyyən işlər də görülür. Yəni elektron hökumət vasitəsi ilə müəyyən işlərin görülməsinə artıq start verilib və bu daha da genişləndirilməlidir. Bu da ümumillikdə idarəetmənin effektivliyinə ciddi təsir edən elementə çevrilə bilər.

İqtisadiyyatda vəziyyət bir az başqadır. Çünki iqtisadiyyatda atılan addımlar mütləq paralel olaraq idarəetmə ilə tamamlanmalı və məhkəmə sisteminin yenidən qurulması ilə nəticələnməlidir. Çünki iqtisadi oyunçular, əsasən də xarici, daxili investrlar daha şəffaf oyun qaydaları istəyirlər, yəni daha aydın qaydalar çərçivəsində fəaliyyət göstərmək istəyirlər ki, bu da iqtisadi addımlardan asılı deyil.

Natiq Cəfərli: “Daha ciddi nəticələrin əldə edilməsi üçün paralel olaraq idarəetmədə, yanaşmada dəyişikliklər olmalıdır”.

İqtisadiyyatda atılan kifayət qədər effektiv addımlar var. Amma bu addımlar hələ idarəetmədə tamamlanmayıb deyə ciddi nəticələrini görmürük. Bəzi uğurlu nəticələr var ki, bunlar istehsalın, ixracatın artımıdır. Amma daha ciddi nəticələrin əldə edilməsi üçün paralel olaraq idarəetmədə, yanaşmada dəyişikliklər olmalıdır.

Onu da qeyd edim ki, məhkəmə strukturları da yenidən qurulmalıdır. Hələ ki, bu sahəyə toxunulmayıb. Amma məhkəmələrin çevik, effektiv və ədalətli çalışması üçün yeni mexanizmlərə ehtiyac var. İqtisadi islahatlar aparan istənilən ölkənin tarixinə baxdıqda, onların keçdiyi yola baxdıqda görürük ki, onların atdıqları ilk addım məhkəmə, hüquq mühafizə orqanlarının yeni qaydalara uyğun çalışması olub.

İqtisadi oyunçular hər hansı problemlərlə bağlı məhkəmələrə müraciət edərkən çox qısa zamanda ədalətli qərarın çıxarılmasını gözləyirlər. Bu da iqtisadiyyatın çarxlarının dönməsində, iqtisadi münasibətlərin oturuşmasında çox vacib elementlərdən biridir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar