Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın bu iddiası həyasızlığın son həddidir”

“Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 12-də ölkə parlamentində çıxış edib”

“O, Azərbaycanı müharibə ritorikasında günahlandırıb. Deyib ki, bu gün regionda sülh mühiti Azərbaycanın aqressiv tərzinə görə formalaşmayıb. N.Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirak etməli olduğunu bildirib. Əlavə edib ki, azərbaycanlı icma isə iştirak etməməlidir. Çünki onları rəsmi Bakı təmsil edir”.

N.Paşinyanın çıxışına münasibət bildirən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Teleqraf.com-a açıqlamasında Ermənistan baş nazirinin parlamentdə növbəti dəfə sərsəmlədiyini deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və sözdə sülhdən, əmin-amanlıqdan danışır:

Azərbaycan isə münaqişə nəticəsində ərazi bütövlüyünü itirmiş tərəfdir. Buna görə də Azərbaycanın müharibə ritorikasında olması normal haldır”.

Z.Məmmədov bildirib ki, bu gün regionda sülh mühitinin Azərbaycanın aqressiv ritorikasına görə formalaşmadığını iddia etmək həyasızlığın son həddidir:

“Əsl erməni xasiyyəti buna deyərlər. Azərbaycan sülh tərəfdarı kimi əslində bütün bu illər ərzində Ermənistana şans və vaxt verirdi. Lakin hər dəfə erməni tərəfinin vaxtı uzatması, danışıqlarda imitasiya xatirinə iştirak etməsi regionda sülh mühitinin yaranmasına mane olur”.

Siyasi şərhçi Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirak etməli olması, azərbaycanlı icmanın isə iştirak etməməsinə dair N.Paşinyanın dediklərini klounadanın ən mahir nümunəsi adlandırıb:

“Birincisi, Qarabağın azərbaycanlı icması olmadan, vaxtilə siz orada qondarma referendum keçirmisiniz. İkincisi, Paşinyanın və Ermənistanın digər rəsmi şəxslərinin guya Qarabağa aidiyyətlərinin olmadığına dair bəyanatlar verilməsi gülüncdür. Bu gün Qarabağı hansı ordu qoruyur? Məgər İrəvandan, Gümridən, Göyçədən 18 yaşlı əsgərlər işğal altındakı torpaqlarda sərhəddə dayanmayıblar?”

Z.Məmmədov onu da qeyd edib ki, N.Paşinyanın bu çıxışından maksimum dərəcədə istifadə etmək lazımdır:

“İrəvan bununla növbəti dəfə dialoqdan qaçdığını, münaqişəni həll etmək istəmədiyini bəyan etdi”.

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar