Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölümün qardaşı - yuxu

Qurani-Kərimdə yuxu barədə buyurulur: “Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur...” (Ənam, 60)

Digər ayədə oxuyuruq: “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar” (Zümər, 42).

Göründüyü kimi, bu ayələrdə yuxu və ölüm bir-birinə çox yaxın, hətta eyni tutulur. Ərəb dilində “fovt” kəlməsi çox zaman ölüm mənasında işlədilir, “vəfat” sözü də eyni kökdəndir. Allah-Taala yuxudan danışarkən də eyni ifadədən istifadə edir: “yətəvaffakum”, “yətəvaffa”. Tərcümədə bu kəlmələr “yuxuya daldırmaq, yatızdırmaq” kimi mənalandırılır. Zümər surəsinin 42-ci ayəsindən göründüyü kimi, yuxunu ölümə bənzətmək təsadüfi məna daşımır.

Ayələrdən belə görünür ki, yuxu zamanı can (nəfs) bədəndən çıxır və onun bədən hissiyyatı ilə əlaqəsi kəsilir. Can ilahi aləmə köçür, bu da ölümə bənzər haldır. Buna görə yuxunu ölümün qardaşı adlandırmışlar. İmam Cəfər Sadiqdən (ə) rəvayət etmişlər ki, yuxu ölümün qardaşıdır (Bihar əl-ənvar, 76-cı cild, səh. 189).

Yuxu ilə ölümün qardaş adlandırılmasının mənası budur ki, bunlar bir-birinə oxşar və yaxındırlar, amma eyni deyillər. Necə ki, sözün həqiqi mənasında iki qardaş bir-birinə oxşasalar da, eyni deyillər. Hətta iki əkiz qardaş belə, aralarındakı heyrətamiz bənzərliyə rəğmən tamamilə eyni sayıla bilməz.

Yuxu olə ölüm arasındakı əsas fərqlərdən biri budur ki, ölüm zamanı ruhla bədənin rabitəsi tam olaraq və bütöv şəkildə qırılır, artıq heç bir əlaqə və qayıdış ola bilməz. Lakin yuxu zamanı ruhun bədənlə rabitəsi qismən kəsilir, ruh bədəni idarə etmək imkanından məhrum olur.

Artıq ruhun əl, ayaq, göz, qulaq üzərində hakimiyyəti müşahidə edilmir. Ölüm anında beyin tamamilə fəaliyyətdən qalır, yuxu zamanı isə beyin qismən fəaliyyətdən düşür.

Beləliklə, deyə bilərik ki, ruhun bədənlə rabitəsi 3 mərhələdə baş verir:

Birinci mərhələ - həyat və oyaqlıq. Bu mərhələdə ruhun bədənlə rabitəsi tamdır. Ruh bütünülükdə bədənə hakimdir.

İkinci mərhələ - yuxu. Bu mərhələdə ruh bədən üzərində qismən və natamam şəkildə hakimdir. Onların arasındakı rabitə çox zəifləmiş haldadır

Üçüncü mərhələ - ölüm. Bu mərhələdə ruhla bədən arasındakı rabitə tam qırılmışdır, ruh bədən üzərində heç bir ixtiyara sahib deyil.

Yuxu halında bədən hərəkətdən qalır, ətrafı görmür, eşitmir. Amma tənəffüs, qan dövranı, ürək döyüntüsü kimi fiziki fəaliyyətlər öz işində olur və həyat davam edir.

Deyə bilərik ki, yuxu ölümün zəif və kiçik formasıdır, ölüm isə yuxunun daha bütöv və kamil şəklidir.

Hədis və rəvayətlərdə yuxu ruhun ruhlar aləminə səfəri, yuxudan oyanmaq isə ruhun bədənə qayıtması və dirilməsi kimi təqdim edilir. İmam Əli (ə) buyurmuşdur: “Müsəlman şəxs cənabətli halda yatmaz, pak olmadan yuxuya getməz. Əgər su tapmasa, torpaqla təyəmmüm edər. Möminin ruhu yuxuda Allah-Taalanın hüzuruna yüksələr, Allah onu qəbul edər, ona bərəkət verər. Əgər onun əcəli çatmışsa, ruhu saxlayar və Öz mərhəmət xəzinəsində yerləşdirər. Əgər əcəli hələ çatmamışsa, Özünün əmin mələkləri ilə birlikdə ruhu göndərər və o, bədənə qayıdar” (Şeyx Səduq. Xisal, 2-ci cild, səh. 612; Nur əl-səqəleyn təfsiri, 4-cü cild, səh. 488).

İmam Mühəmməd Baqirdən (ə) rəvayət edirlər ki, buyurmuşdur: “Gecə yuxudan oyananda Allaha həmd et ki, Ona həmd və ibadət edə bilməyin üçün ruhunu sənə qaytarıb” (Üsul əl-Kafi, 2-ci cild, səh. 538; Nur əl-səqəleyn təfsiri, 4-cü cild, səh. 488). (islam.az)

pia.az


Etiket: Yuxu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar