Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Financial Times”: Martda Rusiyanı yeni sanksiyalar gözləyir

2018-ci ilin noyabr ayında Kerç boğazında baş vermiş insidentlə əlaqədar ABŞ və Avropa ittifaqı Rusiya hökumətinə qarşı yeni sanksiyaların qəbulu ilə bağlı razılığa gəlib

Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, sanksiya məsələsi gələn bazar ertəsi Avropa İttifaqı Xarici işlər nazirlərinin toplantısında daha ətraflı müzakirə olunacaq. Yeni məhdudlaşdırıcı ölçülərin martın sonunda qəbul olunacağı gözlənilir.

“Yeni ölçülər növbəti iki ay ərzində tətbiq oluna bilər”, - deyə nəşr bildirib.

Nəşrin məlumatına görə, Avropa İttifaqının bütün üzv dövlətləri Moskvaya qarşı yeni sanksiyaları dəstəkləyəcək. Məhdudlaşdırıcı ölçülərin nələrdən ibarət olacağı açıqlanmır

Bu arada, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Moskvanın bu cür bəyanatlara artıq əhəmiyyət vermədiyini dilə gətirib.

Britaniya mətbuatının yaydığı məlumata görə, yeni sanksiyalara noyabr ayında Kerç boğazında rusiyalı hərbçilərin ukraynalı dənizçiləri saxlaması səbəb olub.

Rusiya mətbuatına əsasən, noyabrın sonunda “Ukrayna hərbi gəmiləri Rusiyanın su ərazilərinə daxil olub” və sərhədçilərin “dayan” əmrinə tabe olmayıb. Nəticədə, əməliyyat keçirilərək, həmin dənizçilər saxlanılıb. Moskva həmin insidenti təxribat kimi qiymətləndirmişdi. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar