Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın ən çox ət yeyən ölkələri açıqlandı

Bir zamanlar Qərbi Avropada yaşayan insanların ətdən həddindən artıq istifadə etməsi aidiyyəti qurumlarda təhlükə siqnalı yandırmışdı

Onlar insanları ətdən daha az istifadə etməyə öyrəşdirmək üçün “Ətsiz bazar ertəsi” adlı bir ənənə yaratmışdılar. Lakin bu belə ət istehlakının miqdarında azalma yaratmamışdı.

Publika.az xəbər verir ki, qlobal miqyasda 1961-ci ildən etibarən adambaşına ət istehlakı orta hesabla 20 kq artıb. BMT-nin hesabatına görə, 2014-ci ildə orta hesabla adambaşına 43 kq ət istehlak edilib. Avropalılar və Şimali Amerikalılar digər qitələrə nisbətən orta hesabla təxminən, 80 kiloqram daha çox ət istehlak edirlər.

Lakin hazırda ən çox ət istifadə edən ölkələr siyahısına İspaniya başçılıq edir. Bu ölkədə il ərzində adambaşına orta hesabla 94.04 kq ət yeyilir. İkinci yerdə 93.33 kq göstərici ilə İslandiya qərarlaşıb. Avstriya 90.87 kq nəticə ilə üçüncü pillədədir.

Ətin ən aşağı istehlakçıları arasında Bosniya və Herseqovina (32,21 kq), Azərbaycan (31,1 kq) və Gürcüstandır (27,89 kq). Azərbaycanın qonşuları olan Rusiyada ortalama 74.82 kq, Türkiyədə isə 28,1 kq-dir.

pia.az


Etiket: Avropa Ət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar