Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanların Marsa uçuşu təxirə salındı

Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan “Mars One” layihəsinin “Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib

Bu barədə “Engadget” nəşrində məlumat yayılıb.

İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.

Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp “Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.

“Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan “Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən “Mars One Foundation” qeyri-kommersiya bölməsi.

Bundan əvvəl layihənin “Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.

Qeyd edək ki, “Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.

Plana görə, layihə çərçivəsində Marsda “yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə “Qırmızı planetə” eniş etməli idi.(deyerler.org)

pia.az


Etiket: Mars

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar