"Avropa Birliyi (AB) tərəfdarları kütləsi tezliklə oyanmazsa, ittifaq SSRİ kimi tarix səhnəsindən silinəcək"
Bu sözləri amerikalı milyarder Corc Soros “MarketVatç” portalı üçün qələmə aldığı məqaləsində qeyd edib.
“İnsanlar onun (AB) xilası üçün çalışmalıdır. Əks halda, 1991-ci ildə dağılan SSRİ-nin taleyi yaşanacaq. İnqilabi dönəmdən keçdiyimiz üçün yekun qərarın necə olacağını nə sadə vətəndaşlar, nə də liderlər bilir”, - deyə milyarder bildirib. (axar.az)
pia.az