Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: "Bu separatçılığın gerçəkliklə əlaqəsi yoxdur"

"Qondarma və saxta Talış-Muğan Mühacir Hökuməti ideyasının müəllifləri qonşu dövlətlərdir. Çox təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanla yanaşı bu işin içində İran İslam Respublikasının adı nədənsə ön plana çıxır"

"Vaxtilə talış-muğan separatçılarının fəal hərəkətlərində də İranRusiya barmağının olduğu artıq sübuta yetirilib. İki il öncə düşmən ölkə Ermənistana qaçmış Şahin Mirzəyevin orada ermənilərin diqtəsi ilə hərəkət edərək yalançı bir qurum yaratmasının gerçəkliklə heç bir əlaqəsi yoxdur".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu, sadəcə düşmən Ermənistan tərəfindən danışdırılan şəxsdir:

“Bu ideya qondarma “Talış-Muğan respublikası” ideyasının davam etdirilməsidir və şübhəsiz ki, ətrafına heç kimi toplaya bilməyəcək. Doğrudur, Moskvada gizlənən və Azərbaycan xalqına qarşı anti-təbliğatın ruporuna çevrilən Fəxrəddin Abboszadə, eləcə də Hollandiyada siyasi mühacir kimi Ələkrəm Hümmətov da bu ideyalara müxtəlif formalarda dəstək verirlər. Amma əsas məsələ odur ki, talış xalqı bu ideyaları dəstəkləmir və onların arxasınca getməsi mümkün deyil”.

Q.Hüseynli bildirib ki, talış xalqı bu gün ölkəmizdə yaşayan azsaylı xalqlar arasında Azərbaycan xalqı ilə qaynayıb-qarışmış bir xalqdır:

“Bu iki xalq multikulturalizm və tolerantlıq vərdişlərinə birgə yiyələnib. Bu gün Azərbaycan xalqı ilə talış xalqı arasında təfriqə yaratmaq istəyənlər nahaq yerə çalışırlar. Çünki azərbaycanlılarla talışlar arasında yaxın qohumluq əlaqəsi var. Onları vahid azərbaycançılıq ideologiyası, vahid din, vahid Vətən birləşdirir. Azərbaycan dövləti ölkədə yaşayan talışların milli inkişafı üçün lazım olan şəraiti yaradır. Ən vacibi isə ondan ibarətdir ki, talış xalqı bu azğın separatçıların deyil, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan dövlətinin arxasında dayanacaq”.

Qeyd edək ki, xaricdə qondarma və saxta TMMH (Talış-Muğan Mühacir Hökuməti) yaradılıb. Sirr deyil ki, TMMH Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Özünü TMMH-nin “baş nazir”i elan edən Şahin Mirzəyev iki il öncə – 2017-ci ilin fevralında Azərbaycanda milli azlıqlarla qeyri-insani davranıldığını iddia edərək, Ermənistana sığınan birisidir. O, hazırda Azərbaycan əleyhinə Ermənistanda aktiv iş aparır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar