Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan gəncləri “vor zakon”lara niyə sitayiş edirlər? - Ekspert şərh edir

Psixoloq: “Psixoloji tərəfdən yanaşanda gənclərin hal-hazırda olan vəziyyəti qənaətbəxş hesab olunmur”

“90 və yaxud da 93-94-cü il təvəllüdlü gənclərdə fərqli psixoloji pozuntulara tez-tez rast gəlinir”.

Bu sözləri psixoloq İlahə Dadaşova Azərbaycan gənclərinin psixoloji vəziyyətini PİA.az-a şərh edərkən bildirib.

Son illərdə Azərbaycanda gənclər arasında “vor zakon”lara, kriminal “avtoritetlərə” maraq və onların yaşadıqları həyata həsəd artan temp artmaqdadır. Hətta bir çox gənclərdə kriminallara, “vor zakon”lara maraq sitayiş həddinə qədər gəlib çatıb.

Qeyd edək ki, “vor zakon”lara olan maraq əsasən azsavadlı gənclər arasında yayılsa da, ali təhsilli gənclərimiz arasında da kriminallara olan maraq heç də az deyil. Bu da xüsusi narahatlıq doğurmaya bilməz.

Bu yöndə son illər kriminal avtoritetlərin KİV-lər tərəfindən reytinq naminə geniş təbliğ olunmaları da əsaslı rol oynayır. Etiraf etməliyik ki, kriminal avtoritetlərlə bağlı son 6-7 ildə yayılan məlumatlar geniş oxucu auditoriyasına sahibdir. Xüsusilə Rövşən Lənkəranski və Lotu Quli uzun illərdir ki, Azərbaycan KİV-lərinin gündəmindən düşmür. Bütün bunlar təbii olaraq, gənclərdə kriminal avtoritetlərə qarşı marağın daha da artmasına səbəb olur. Təsadüfi deyil ki, bu fonda Azərbaycanda məişət tipli gərginliklərin cinayətlə sonuclanması faktları da artmaqdadır.

Gənclərin kriminala olan marağının günü-gündən artmasının cəmiyyətimiz üçün təhlükə yaratdığını nəzərə alaraq Pia.az gənclərin kriminal “avtoritetlərə” olan meyllərini araşdırmağa qərar verib. İlk olaraq psixoloq İlahə Dadaşova ilə gənclərimizin psixoloji durumunu müzakirə etmişik.

İlahə Dadaşova: “Bəzi gənclərin intellekt sahəsində özlərini fərdi inkişaf etdirmək üçün maddiyata ehtiyacları olur və bunu əldə edə bilmirlər”.

Sosial təşkilatların təşkil etdiyi seminarlarının, maarifləndirici tədbirlərinin artmalı olduğunu vurğulayan psixoloq əlavə edib ki, gənclər faydalı işlərə cəlb olunmalıdır. Tez-tez xeyriyyə tədbirləri təşkil olunmalıdır və bu xeyriyyə tədbirlərinə gənclər cəlb olunmalıdır ki, şəxsi keyfiyyətlər daha müsbət səmtdə inkişaf etsin:

“Psixoloji tərəfdən yanaşanda gənclərin hal-hazırda olan vəziyyəti qənaətbəxş hesab olunmur. Çünki gənclərdə aqressiya, depressiv əhval-ruhiyyə get-gedə artır. Ümumi motivasiya, iradə sferasında isə problemlər yaranır. Yəni, gənclərdə şəxsi həyatda motivasiya, iradə keyfiyyətini itir.

Onu da qeyd edim ki, 90və yaxud da 93-94-cü il təvəllüdlü gənclərdə fərqli psixoloji pozuntulara tez-tez rast gəlinir. Psixopatiya onlar arasında daha geniş yayılıb. Onlar intellekt sahələrindən daha çox kənar sahələrə, məşğuliyyətlərə vaxt ayırmağa çalışırlar. Burada təbii ki, televiziyalarda gedən serailların da çox böyük önəmi var. Məsələn, bizim vaxtımızda daha sadə, bizə uyğun olan seriallara baxırdıqsa, indi gənclər daha kəskin xarakterə, şəxsiyyətə təsir edə biləcək seraillara baxırlar.

İlahə Dadaşova: “İşsiz gənclər başqa səmtdə motivasiya axtarmağa çalışırlar. Məsələn “vor qanun”unda gənclər özlərini tapmağa çalışırlar”.

Bir yandan da gənclərdə sosial durum çətinləşir. Onlarda iş tapmaq məsələsi çətinləşdiyi üçün motivasiya və iradə keyfiyyətləri aşağı düşür və depredsiv əhval-ruhiyyə çox geniş yayılır. Buna görə də işsiz gənclər başqa səmtdə motivasiya axtarmağa çalışırlar. Məsələn, “vor qanun”unda gənclər özlərini tapmağa çalışırlar.

Bəzi gənclərin intellekt sahəsində özlərini fərdi inkişaf etdirmək üçün maddiyata ehtiyacları olur və bunu edə bilmirlər. Buna görə də bəzilərində aqressiya çoxalır, bəzilərində isə depressiv əhval-ruhiyyə çoxalır. Ona görə də sosial təşkilatların seminarları, maarifləndirici tədbirləri artırılmalıdır. Gənclər faydalı işlərə cəlb olunmalıdır. Tez-tez xeyriyyə tədbirləri təşkil olunmalıdır və bu xeyriyyə tədbirlərinə gənclər cəlb olunmalıdır ki, şəxsi keyfiyyətlər daha müsbət səmtdə inkişaf etsin. Çünki xarakter ilkin gənclik dövründə formalaşmağa davam edir. Yəni, yeniyetməlik dövrünü bitirən bir gəncin xarakterinin tam formalaşdığını demirik. 25-26 yaşa kimi gənclərdə xarakterin formalaşmağı, yeni keyfiyyətlər qazanmaq davam edir.

İlahə Dadaşova: “Gənclər faydalı işlərə cəlb olunmalıdır. Tez-tez xeyriyyə tədbirlərinə gənclər cəlb olunmalıdır ki, şəxsi keyfiyyətlər daha müsbət səmtdə inkişaf etsin”.

Bu keyfiyyətlərin müsbət çalarlar qazanması üçün tədbirlərin görünməsi mütləqdir. Bu tədbirlərə motivasiya, psixoloji keyfiyyətləri qazanmaq üçün seminarların təşkil olunması, inkişaf etdirən kitabların gənclərə maddi cəhətdən münasib qiymətə təqdim olunması daxildir.

Qeyd edim ki, mən yaradılan “gənclər evi”ni çox sevirəm. Çünki tanıdığım və imkansız ailədən olan bir neçə gənc orada keçirilən komputer dərslərindən yararlanırlar. Bu qəbildən olan tədbirlər tez-tez keçirilməlidir və gənclərə sosial təşkilatlanma üçün imkanlar yaradılmalıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Gənc Sosial

Şərh yazın.

Elkhan

İşə də qəbul olanda dövlət büdcəsini dağıdan məmurlara sitayiş etməli olurlar.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar