Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada buzlaqların həcmi hesab edildiyindən daha azdır

Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur

İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.

Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.

İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.

Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər. (AzərTAc)Dünyada buzlaqların həcmi hesab edildiyindən daha azdır.

Qrenlandiya və Antarktidada buzlaqların əriməsinə dair həyəcan siqnallarına tez-tez rast gəlinir və buzlaqların bu vəziyyəti qlobal iqlim dəyişikliyinə əsas sübutlar sırasında durur. İsveçrəli alimlər dünyadakı buzlaqların həcmini yenidən hesablayaraq müəyyən ediblər ki, hazırda dünyadakı daimi buzlaqların həcmi hesab edildiyindən daha azdır.

Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalarda dünyanın bir çox ərazilərində, xüsusilə də Asiyada buzlaqların həcminin indiyədək hesab edildiyindən az olduğunu və sürətlə əriməsini müəyyən ediblər. Antarktida və Qrenlandiya istisna edilməklə, ümumilikdə 215543 buzlağın daxil edildiyi reyestrdə buz örtüyünün həcmi bir neçə il bundan əvvəlki göstəricidən 18 faiz az olub. Xüsusilə Himalay sıra dağları, Tibet yaylası və Mərkəzi Asiya dağlarında daimi buz qatının həcminin 25 faiz az olduğu müəyyən edilib. Əgər vəziyyət bu cür davam edərsə, alimlər 2060-cı ilədək Asiyadakı dağlarda buz örtüyünün yarısının yox olacağını ehtimal edirlər. Bu isə dünyada orta temperaturun 1,8 dərəcə istiləşməsi fonunda baş verə bilər.

İsveçrə alimləri hesablamalar zamanı peyk məlumatları və havadan çəkilmiş fotolarla yanaşı, buzlaq ərazilərinin rəqəmsal səth modellərindən istifadə ediblər. Bu zaman yalnız bir kompüter modelinə istinad etməklə kifayətlənməyən alimlər bir-birindən müstəqil beş fərqli model əsasında simulyasiyalar apararaq, öz hesablamalarını həyata keçiriblər.

Alimlər hesab edirlər ki, dünyanın şirin su ehtiyatlarının cəmləşdiyi buzlaqların əriməsi materiklərdə ilkin mərhələdə böyük daşqınlar, sonrakı mərhələdə isə içməli su çatışmazlığı və quraqlıqla müşayiət oluna bilər. Həmçinin dünyadakı buzlaqların əriməsi dünya okeanlarında suyun səviyyəsinin 30 santimetrədək artmasına aparıb çıxara bilər. (AzərTAc)

pia.az


Etiket: buzlaqlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar