Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Reklam Agentliyini rüşvət almaqda ittiham etdi

“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”

PİA.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır:

Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə ofisimizin qarşısında (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını nəzərdə tutur-red) qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib?

Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".

Q.Həsənquliyevin fikrincə, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır:

"Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar