Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

"Cental Baku"da biabırçılıq: Şirniyyatsız çayı get evində iç!

“Central Baku” restoranına yollanan müştəri burada sadə çay içməkdə çətinlik çəkir

PİA.az yenicag.az-a istinadən xəbər verir ki, sözügedən məkanda müştərilərə məcburi şəkildə desert satılır. Əks halda müştərinin çay içmək arzusu elə arzu olaraq da qalır.

Desertdən imtina edən müştəri məcbur olub məkanı tərk etməlidir.

Məsələ ilə bağlı əlaqə saxladığımız “Central Baku”dan bildirdilər ki, bu, restoranın daxili qaydasıdır:

“Bazar ertəsi ilə cümə günü arasında saat 18:00-a qədər çay veririk. Amma şənbə və bazar günləri çay vermirik. İçəri zalda və kənarda müştəri çay içə bilər. Desertsiz çay verilmir. Bu, restoranın daxili qaydasıdır”.
Qeyd edək ki, sözügedən məkanın Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun yaxınlarına məxsus olduğu bildirilir. Sözügedən məkanda müştəriləri narazı salan məqamlardan biri də spirtli içkilərin verilməməsi ilə bağlıdır. İddialara görə, bu da sabiq merin adını dəyişərək Abu Bəkr Abutalıbov edən oğlunun dindar olmasıyla bağlıdır.

pia.az

Etiket: Cental Baku

Şərh yazın.

loading...