Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİVDF-nin şərtləri baryer yaratmayacaq - Umud Rəhimoğlu

Ayrılan maliyyə vəsaitinin effektivliyi baxımından Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtlərini dəyişməsi vacibdir

Şərtlərdə dəyişilmə birinci dəfə deyil, hər dəfə şərtlərdə dəyişilmələr vəsaitlərdən yararlanan KİV-lərin fəaliyyətinə nəzər salmaq imkanı verir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, tirajının artırılması, yayımı baxımından KİVDF-nin maliyyələşmə üçün şərtlərinə yenidən nəzər salınması vacib idi:

“Bəzən qəzetlərin fəaliyyətinin dayandırılmasına dair fikirlər səslənir. Əlbəttə, fəaliyyətinin inkişaf etdirməsi və ya başqa şəkildə davam etdirməsi hər bir KİV-in özəl hüququdur”.

Umud Rəhimoğlu qeyd edib ki, internet media print medianı hər cəhətdən qabaqlayır: “Həm operativlik, həm də informasiyanın yayılması, daha böyük auditoriyanı zəbt etmək baxımından internet media misilsiz imkanlara malikdir. Buna görə də çap mediasında bir az problemlər yaşanır. Amma bu, o demək deyil ki, print mediaya sonu gəlib çatıb. Qətiyyən belə deyil. Hesab edirəm ki, qəzetlər Azərbaycan cəmiyyətində kifayət qədər arzu olunur. Həm paytaxtda, həm də regionlarda insanlar qəzetlərin bir çoxunun əldə olunmasında maraqlıdırlar. Qəzetlərin təkcə maliyyə dəstəyi yox, həm də reklamında, yayılması məsələsində yaranmış problemlərin aradan qaldırılmasında müəyyən yardıma ehtiyacı var”.

BAMF sədri hesab edir ki, KİVDF-nin elan etdiyi şərtlər baryer yaratmayacaq:

“Şərtlər ağırlaşdırıcı olsa da, ayrılacaq vəsaitlər də az olmayacaq. Maliyyə vəsaitinin artırılması da müzakirə mövzusudur. Ən azı bir dəfə çoxalması planlaşdırılır və bu maliyyə dəstəyinin qarşılığında şərtlərə əməl etmək imkanı var. Bəzi qəzetlər fəaliyyətini dayandırır, internet variantını daha da inkişaf etdirmək istəyirlər, bu da media qurumunun, baş redaktorunun özəl hüququdur”.

Umud Rəhimoğlu onlayn mediaya maliyyə ayrılması məsələsinin son illər müzakirə edildiyini vurğulayıb:

Mətbuat Şurasının sədri Əflatun Amaşovun bununla bağlı dəfələrlə parlamentdə çıxışları olub, həqiqətən internet mediaya dəstəyin göstərilməsinə böyük ehtiyac var. Onlayn mediaya dəstək göstərməklə daha böyük auditoriyalara çıxış imkanları əldə edəcəyik. Müxtəlif dillərdə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq camiəyə çatdırılmasına belə dəstək əhəmiyyətli rol oynaya bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar