Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp geri çəkildi, hökumət bağlanmayacaq

Demokratlarla Respublikaçılar arasında razılaşma əldə olunub

Konqresdə hər iki partiyadan olan bir neçə vasitəçi ABŞ hökümətini maliyyələşdirmək və həftənin sonunadək hökümətin yenidən bağlanmasının qarşısını almaq üçün razılıq əldə edib.

Konqres üzvlərinin yardımçıları deyib ki, bu razılığa ABŞ-Meksika sərhədində 88 kilometr uzunluğunda yeni hasarın inşası üçün 1.4 milyard dollar daxildir. Bundan əlavə sərhəd keçid məntəqələrində yoxlanışların aparılması üçün texnologiyanın yenilənməsinə, daha çox gömrük işçisinin işə alınmasına və humanitar yardıma da pul ayrılıb.

Prezident Donald Tramp sərhəd divarı üçün 5.7 milyard dollar pul tələb edib. Əsas dörd vasitəçi bazar ertəsi gecə danışıqlardan sonra Trampın istədiyi pulun hamısını alıb-almayacağı da daxil olmaqla, razılıqla bağlı heç bir şərh verməyib.

“Heç birimiz istədiyimiz hər bir şeyi əldə etməyəcəyik. Amma biz Birləşmiş Ştatlar üçün ən yaxşısını əldə edə bilərik. Senator Şelbi ilə mən bir-birimizə verdiyimiz sözü tutduq. Əgər bizim dördümüz orta məxrəcə gələ bilməsə, Konqres də gələ bilməzdi. Amma biz Konqresi bir araya gətiə bildik” – deyə, demokrat Senator Patrik Lehey bildirib.

“Biz hamımız hökümətin bağlanmasını istəmədiyimizi söylədik. Biz razılıq əldə etmək istəyirik. Biz ölkəmiz üçün ən yaxşısını etmək istəyirik. Biz bu məqsəd yolunda birlikdə işlədik və fikrimcə hər kəs yaxşı iş gördüyümüzü söyləyəcək” – deyə, konqresmen Key Qrencer bildirib.

Qanunvericilər deyib ki, onların işçiləri prezidentin nəzərə ala biləcəyi qanun layihəsinin son versiyasının üzərində işləyir.

İlkin razılıq prezident Trampın sərhəddə yerləşən Texasın El Paso şəhərində keçirdiyi mitinqdən öncə əldə olunub. Həmin mitinqdə Tramp diqqəti sərhəd divarı məsələsinə yönəldib. Lakin o, danışıqlarda əldə olunan irəliləyişlə bağlı heç nə deməyib. O, yenidən 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı onun seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran istintaqı tənqid edib və həmin istintaqı hiylə adlandırıb. Tramp həmçinin onun sərhəd divarı planının əleyhinə çıxan sabiq texaslı konqresmen Beto Orurkeni lağa qoyub.

“Adının gözəl olmasından başqa heç bir nailiyyəti olmayan gənc adam bizə meydan oxuyur. Burada 35 min insan toplanıb, o isə 200-300 nəfəri cəlb edib. Mən deyərdim ki, bu, onun prezidentliyə namizədlik karyerasının sonudur. O bizə meydan oxuya bilmədi” – Tramp deyib.

2020-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi nəzərdən keçirən Orurke Trampın El Pasodakı mitinqinə çox yaxın məkanda keçirilən yürüş və mitinqə başçlıq edib.

Demokratlar sərhəd təhlükəsizliyi üçün bir az maliyyənin ayrılmasını dəstəkləyir. Onların təklif etdiyi pul isə Trampın divar üçün istədiyi puldan xeyli azdır. Tramp 3200 kilometrlik ABŞ-Meksika sərhədinin kiçik bir hissəsində baryer tikmək üçün kompromis olaraq nə qədər pulu qəbul edəcəyini açıqlamayıb. (Amerikanın səsi)

pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar