Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sovet ‘pripiska’larını işə salır? - Araşdırma

Hökumətin inkişaf rəqəmləri ilə iqtisadçıların rəyləri kəskin fərqlənir

Rusiyada nikbin iqtisadi məlumatlar iqtisadçıları, maliyyə təhlilçilərini, investisiya bankirlərinin gözünü bərəldib. Bəziləri düşünürlər ki, bu rəqəmlər siyasi məqsədlərlə təhrif olunur.

PİA.az xəbər verir ki, “Azadlıq” radiosunun müxbiri Mayik Eckel Rusiya dövlət statistika agentliyinin ötən ilin iqtisadi artımıyla bağlı fevralın 4-də açıqladığı məlumatı təhlil edirkən bu qənaətə gəlib:

Rosstat ÜDM-nin 2,3 faiz artdığını deyir. Halbuki ekspertlər 1,8-2,1 arası artım proqnozlaşdırırdılar. Bu məlumatın yayılmasından bir neçə həftə öncə statistika agentliyinə yeni başçı təyin olunub. Ondan əvvəlki iqtisadçı isə Prezident Vladimir Putin statistikanın yığılmasında problemlərin olması ehtimalını səsləndirəndən sonra istefa vermişdi.

Bəzi ekspertlərin və iqtisadçıların fikrincə, məmurlar köhnə sovet strategiyasını işə sala bilər. Axı kommunist hakimiyyəti də daima xoş olmayan məlumatları gizlətməyə, yaxud dəyişməyə çalışırdı.

“Narahatedici haldır. Bu dəyərləndirmə küçədə istənilən adamın gözlədiyindən çox yuxarıdır. Bu, məlumatın etibarlılığı haqda suallar yaradır”, – Moskvada mənzillənən BCS Maliyyə Qrupunun aparıcı iqtisadçısı Vladimir Tixomirov deyib. Keçmiş maliyyə naziri, hazırda Hesablama Palatasına sədrlik edən Aleksey Kudrin isə tvitində daha aşağı – 1,5 faizlik artımdan söz açıb və bu, şübhələri daha da artırıb.

Hələlik, nə Rosstat, nə də ümumilikdə hökumət özəl sektor təhlilçilərinin və digərlərinin qaldırdığı sualları cavablandırıb.

Amma bu məsələ Prezident Vladimir Putin administrasiyası üçün həssas dönəmdə gündəmə gəlib. Maaşlar yubanır, inflyasiya 5 faiz civarındadır, Kremlin pensiya sistemində islahatlar proqramı küçə etirazları doğurub və sairə. Üstəlik, Qərbin sanksiyaları bankların qlobal kredit bazarlarına çıxışını məhdudlaşdırıb.

Rəy sorğuları Putinin populyarlığının martda yenidən bu posta seçiləndən gözəçarpan dərəcədə düşdüyünü göstərir.

Bəzi müşahidəçilərin fikrincə, Rosstat-ın sözügedən mübahisəli rəqəmləri 2018-ci ilin üçüncü rübündə açıqlanmış tikinti datasıyla əlaqədar ola bilər. Tikinti sektorunda artım isə Novatek qaz şirkətinin Yamal yarımadasında 27 milyardlıq zavod tikintisindən qaynaqlanırdı.

Amma Tixomirov bu izahı qəbul eləmir:

“Zavodu bir rübdə işə salırsan, tikintiylə bağlı məlumatlar isə bir neçə rübü əhatələmir. Əgər belə ediblərsə, yanlış metodologiyadır”.

Tixomirov yenilənmiş iqtisadi məlumatların martın birinci yarısında yayılacağını, o zaman iqtisadçıların və ekspertlərin daha öncəki rəqəmləri yoxlamaq imkanları olacağını deyir.

Melburn Universitetinin professoru Stefan Veatcroft vaxtilə sovet statistika əməkdaşlarının siyasi baxımdan əlverişli məlumatlar hazırlamağa məcbur edildiklərini yada salır:

“Məsələn, 1930-cu illərdə Sovet İttifaqını bürüyən aclıq dalğasından milyonlarla adam həlak olub. O zaman hökumətin statistika agentliklərinə Nikolay Osinskıy adlı iqtisadçı rəhbərlik edirdi. O, 1931-32-ci illərdə buğda yığımının istehsal kvotasından aşağı olması barədə məlumat yayır. Amma bu, kommunist liderləri dilxor edir. Dörd il sonra, 1936-cı ildə Osinskıy ətrafında problemlər yaranır. O, 1937-ci ildə Stalin dövrünün Böyük Terroru zamanı ölümə məhkum edilir, bir il sonra edam olunur”.

Veatcroft 1937-ci ildə əhalinin siyahıya alınmasının da statistika işçiləri üçün sonradan başağrısı yaratdığını vurğulayır. Yekun rəqəmlər Sovet İttifaqının əhalisinin gözlənildiyindən 16 milyon nəfər az olduğunu üzə çıxarmışdı. Bu da elə aclıqdan dolayı ölüm hallarının artmasının nəticəsi idi:

“Bu siyahıyaalmanın nəticəsi etibarsız elan olundu, Dövlət Statistika İdarəsinin rəhbəri, xeyli sayda demoqraflar ya edam olundu, ya da düşərgələrə göndərildi”.

Amma bir məsələ də var ki, problemlərə baxmayaraq, Rusiya iqtisadiyyatı hazırda nisbətən möhkəm sayılır. Dövlət rifah fondunun durumu yaxşıdır, dünyanın ən böyük qızıl ehtiyatları bu ölkədədir və sairə. İqtisadi statistikanın ölkədəki durumu nə dərəcədə əks etdirməsi məsələsi isə Putinin dekabrın 20-də keçirdiyi illik mətbuat konfransı zamanı ortaya çıxıb. Bir jurnalist rəsmi məlumatların nə dərəcədə etibarlı olub-olmamasını soruşub.

“Narahatlığınız anlaşılandır, bunu qismən paylaşıram, amma rəqəmlərin haradan gəldiyini, onların nə demək olduğunu, onlara necə reaksiya vermək gərəkdiyini adamlara daha yaxşı izah etmək lazımdır”, – Putin deyib.

Bu mətbuat konfransından bir neçə gün sonra Rosstat rəhbəri Aleksandr Surinov istefa verdi. (Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar