Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhpərvərliyinə görə titulları əlindən alınan, sonra böyük hörmət qoyulan boksçu... – Məhəmməd Əlinin həyat yolu

“Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu, bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür” – bu fikirlərin müəllifi əfsanəvi boksçu Məhəmməd Əlidir, özünün idman karyerasında mümkün olmayanları mümkün edən dünya şöhrətli Məhəmməd Əli...

Əslində onun adı Kassius Marsellus Kleydir. 1964-cü ildə islam dinini qəbul etdikdən sonra o, bütün planetdə artıq Məhəmməd Əli adı ilə məhşurlaşıb.

Onun idman həyatına qədəm qoyması sırf təsadüf nəticəsində baş verib. On iki yaşında olarkən balaca Kleyin velosipedini oğurlayanda o, bu barədə polisə xəbər verib və xahiş edib ki, oğrunu tutub payını vermək lazımdır. Polis işçisi zərərçəkmişdən “payını vermək” ifadəsinin mənasını soruşanda Kley cavab verib ki, yəni yaxşıca əzişdirmək, döymək lazımdır. Onda polis zabiti soruşub:

- Sən bunu bacarırsanmı?

Bu sual Məhəmməd Əlini düşündürüb və o qərara gəlib ki, hökmən boksla məşğul olacaq.

İdmanda ilk böyük uğurunu 1960-cı ildə qazanan Məhəmməd Əli olimpiya oyunlarında qızıl medala layiq görülüb. Sevincinin həddi-hüdudu olmayan qaradərili amerikalı özünü göstərmək üçün ağ adamlara xidmət göstərən kafelərin birinə gedib.

Boynunda qızıl medal, qürur və şəstlə... Sifariş vermək istəyəndə xidmətçi qəbul etməyib:

- Biz zəncilərə xidmət etmirik.

- Axı mən dilənçi deyiləm.

Xidmətçi ilə arasında söhbət alınmayıb və qızıl medallı çempion kafeni tərk edib. Sarsıntı keçirən Məhəmməd Əli Ohayo çayının sahilinə gəlib və qızıl medalını çaya atıb.

Əfsanəvi boksçu 1960-63-cü illərdə keçirdiyi bütün 19 görüşdə qələbə qazanıb ki, bunlardan 15-i nokautla başa çatıb.
1967-ci ildə Məhəmməd Əli Amerika ordusunda hərbi xidmətə çağırılıb. O, orduda xidmət etməkdən imtina edib. Boks kralı Amerika Birləşmiş Ştatlarının Vyetnama qarşı başladığı müharibəni qətiyyətlə pisləyərək bəyan edib ki, müqəddəs Qurana görə ölkəsi bu mübarizədə haqsızdır. Bu bəyanatdan sonra ABŞ-ın Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alıb və o üç il müddətinə boksdan uzaqlaşdırılıb.

Məhəmməd Əlinin ilk məğlubiyyəti 1971-ci ildə olub. Co Freyzerlə ağır çəkili boksçuların çempion kəməri uğrunda mübarizədə o rəqibinə uduzub. Bu məğlubiyyət ona pis təsir edib və o, səbirsizliklə Co Freyzeylə növbəti görüşünü gözləyib. Nəhayət, bu görüş 1974-cü ildə baş tutub ki, Məhəmməd Əli bu döyüşdən qalib çıxıb.

1978-ci ildə Məhəmməd Əlinin SSRİ-yə səfəri baş tutub. Bu səfəri yüksək qiymətləndirən əfsanəvi boksçu Sovet İttifaqında həmkarları ilə rinqdə də görüşüb. Məşhur idmançını qəbul edən Leonid İliç Brejnev Məhəmməd Əliyə müəllifi olduğu “Kiçik torpaq” kitabını və saat bağışlayıb. Səfərdən geri döndükdən sonra SSRİ haqqında təəssüratlarını bölüşən Məhəmməd Əli Leonid İliç Brejnev haqqında fikirlərini belə bölüşüb:

“Mən heç vaxt düşünməzdim ki, Leonid İliç Brejnev bu dərəcədə sadə, mehriban və sakit insandır...”

Məhəmməd Əli 1981-ci ildə boksu tərk edib. Bunu rəsmi elan etdikdən bir müddət sonra jurnalistlərdən biri ondan soruşub:

- Sizcə, müasir boksda nə çatışmır?

Məhəmməd Əli gülümsəyərək cavab verib:

- Sualı bir az dəqiq versəydiniz, daha yaxşı olardı. Bu sualı belə qoymaq lazım idi ki, boksda kim çatışmır? Mən isə böyük məmnuniyyətlə cavab verərdim ki, Məhəmməd Əli.

Məhəmməd Əlinin jurnalistə digər bir cavabı da maraqlı olub. Amerikada baş vermiş 11 sentyabr terror hadisələri ilə bağlı jurnalist soruşub:

- 11 sentyabr terror hadisəsini törədən terrorçularla eyni bir dinə etiqad edəndə özünüzü necə hiss edirsiniz?

- Siz Hitler ilə eyni dinə etiqad edəndə özünüzü necə hiss edirsinizsə, mən də elə.

Məhəmməd Əli boksu tərk etdikdən sonra ictimai işlərdə fəallıq göstərib. O, 2002-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir qismində Kabildə bir sıra görüşlər keçirib.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Məhəmməd Əli prezident Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh qızıl medalına da layiq görülüb.

Məhəmməd Əli rinqləri dəyişdiyi kimi həyat yoldaşlarını da tez-tez dəyişib. Boks kralının dörd xanımdan iki oğlu, yeddi qızı var. Qızı Leyla 1999-cu ildən atasının yolunu davam etdirərək boksla məşğul olub və dünya çempionu titulunu qazanıb.
Əfsanəvi boksçu uzun illər parkinson xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik onda fiziki çatışmazlıq, yaddaşında və danışığında böyük problemlər yaradıb. Ancaq onun hansı vəziyyətində olmasına baxmayaraq Məhəmməd Əli böyük nüfuz və hörmət sahibi olub. Onun haqqında bir neçə kitab yazılıb və film çəkilib.

Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib. O, doğulduğu şəhərdə, ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində dəfn olunub. Dəfn islam dininin qaydalarına uyğun keçirilib. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar