Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Azərbaycanlı icma danışıqlarda iştirak edir

Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlarda vacib hədəflərdən biri Qarabağın danışıqlar prosesində tam iştirakını təmin etməkdir

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Paşinyan çıxışı zamanı guya Qarabağın azərbaycanlı icmasının bütün danışıqlar prosesində iştirak etdiyini vurğulayıb:

“Biz bilirik ki, Azərbaycan tərəfi hər dəfə Qarabağın danışıqlar prosesində iştirakı təklifinə belə cavab verir: Əgər erməni tərəfi danışıqlara Qarabağı cəlb etsə, Azərbaycan öz növbəsində danışıqlara Qarabağın azərbaycanlı icmasını cəlb edəcək. Əslində, bu mövqenin ciddi aydınlaşdırmaya ehtiyacı var. Növbəti məsələ odur ki, Qarabağın azərbaycanlı icması bu dövr ərzində hər zaman və indi də danışıqlar prosesində iştirak edir. Azərbaycanlı icmasının iştirak etmədiyi heç bir danışıqlar prosesi olmayıb. Necə? Səbəb çox sadədir, Qarabağın azərbaycanlı icması Azərbaycanın prezident, parlament seçkisində iştirak edir, onlar Azərbaycan vətəndaşlarıdırlar və buna uyğun olaraq Azərbaycan prezidentini bu icma seçir. Hökumətin bu insanları təmsil etməsi mandatı var”.

O, Qarabağı danışıqlarda təmsil etməsi üçün Ermənistan hökumətinin heç bir mandatı olmadığını bildirib.

Paşinyan Qarabağın həlli prosesinə Qarabağ nümayəndələrinin cəlbi ilə bağlı aparılan müzakirələrdə ciddi inkişaf olduğunu və qondarma rejimi danışıqlara cəlb etmək üçün konkret forma və metodların mövcud olduğunu söyləyib. Erməni baş nazir bu metodları beynəlxalq tərəfdaşları ilə müzakirə etdiklərini qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar