Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əks halda, Avropa İttifaqını da SSRİ-nin taleyi gözləyir” – Corc Soros avropalı liderlərə çağırış etdi

“Avropanı həm daxili, həm də xarici düşmənlərindən qorumaq yolunda ilk addım mövcud təhdidin miqyasını dərk etməkdir. İkinci addım isə yatmaqda olan avropapərəst çoxluğu yuxudan oyatmaq, onu AB-inin qurulduğu dəyərlərin müdafiəsindən ötrü səfərbər etməkdir”

Bunu “Project Syndicate” portalında milyarder Corc Soros yazıb.

Avropa unutqanlıq yuxusuna girib və Avropa xalqı çox gec olmadan oyanmalıdır. Oyanmasalar, Avropa Birliyi də 1991-ci ildə Sovet İttifaqının getdiyi yolu gedəcək. Nə liderlərimiz, nə də sıravi vətəndaşlarımız inqilabı məqamda olduğumuzu, imkanların miqyasının genişliyini, sonucların xeyli dərəcədə qeyri-müəyyən olduğunu anlayır”, – Açıq Cəmiyyət Fondunun sədri yazıb.

Müəllif növbəti dəyişmə məqamının bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə düşdüyünü vurğulayır. “Təəssüf ki, anti-Avropa qüvvələr səsvermədə rəqabət üstünlüyünə malik olacaqlar. Bunun bir sıra səbəbləri var, bir səbəb də Avropa ölkələrinin çoxunda köhnəlmiş partiya sisteminin mövcudluğudur… Avropa Birliyinin qurulduğu prinsipləri pozan üzv ölkələri cəzalandırmağa hüquqi alətlər də yoxdur. Avropa Birliyi qanunlarını üzv ölkələrə tətbiq edə bilər, amma üzvlərini ona əməl etdirməyə yetəcək gücü yoxdur”, – milyarder vurğulayır.

Avropa Birliyinin dominant ölkəsi Almaniyadır, Almaniyada dominant siyasi alyans – Xristian Demokratik Birliyi (CDU) ilə Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) alyansı isə daha möhkəm deyil. Bavariyada CSU səviyyəsində partiya olmadıqca bu alyans işlədi. Amma ekstremist Almaniya üçün Alternativin (AfD) yüksəlişi ilə durum dəyişdi. Ötən sentyabr seçkisində CSU son 60 ilin ən pis nəticəsini göstərdi və AfD ilk dəfə olaraq Bavariya Parlamentinə girdi”, – yazan müəllif AfD-nin yüksəlişinin SDU-CSU alyansının mövcudluq səbəbini dəyişdiyini vurğulayır.

Amma məqalədə durumun tam ümidsiz olmadığı da qeyd edilir. Belə ki, Yaşıllar Partiyası ölkənin yeganə davamlı avropapərəst partiyası kimi inkişaf edir, rəy sorğularında da mövqeyini möhkəmləndirir. (azadliq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar