Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kommersiya bankları borcların bölünməsi variantını qəbul etməyəcəklər” – Əkrəm Həsənov

PİA.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında problemli kreditlərin həlli üçün borcların 4 tərəfin – hökumət, Mərkəzi Bank, kommersiya bankları və borclu vətəndaşlar arasında bölünməsinə dair bəzi deputatların təklifinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib

Əkrəm Həsənov mövcud reallıqda kommersiya banklarının bəhs olunan təklifi qəbul edəcəklərinə inanmadığını bildirib:

“Əslində, deputatlar tərəfindən də təklif olunan belə bir həll modeli çox münasibdir. Yəni problemli kreditlərin hökumət, Mərkəzi Bank, kommersiya bankları və borclu vətəndaşlar arasında bölünməsi optimal təklif sayıla bilər.

Lakin düşünmürəm ki, kommersiya bankları bu təklifi qəbul etsinlər. Onlar problemli kreditlərin həlli üçün əsas zərəri hökumətin öz üzərinə götürməsini istəyirlər.

Bildiyiniz kimi, devalvasiyadan sonra problemli kreditlərin həlli ilə əlaqədar dəfələrlə müxtəlif təkliflər irəli sürülsə də, onların heç biri qəbul edilməyib. Nəticədə məsələ daha da müərəkkəbləşib.

Builki dövlət büdcəsində isə problemli kreditlərin həlli üçün hər hansı məbləğdə vəsait nəzərdə tutulmayıb. Ona görə də, bu təklifin optimal olmasına baxmayaraq, onun reallaşacağına inanmıram”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar