Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın baş infeksionisti: “Qrip virusu ilə bağlı vəziyyət sabitləşib”

“Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib”

PİA.az bildirir ki, bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur:

“Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır”.

C.İsayev valideynləri uşaqlarının yalnız qrip deyil, digər respirator virus infeksiyalarına yoluxduğu halda, onları məktəbə buraxmamağa çağırıb:

“Bu cür uşaqların dərsə getməsi həm özünün vəziyyətinin ağırlaşmasına, həm də digər uşaqların yoluxmasına səbəb ola bilər”.

Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar