Ötən gün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında saxlanılmış AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə inzibati qaydada 15 sutka həbs ediliblər
PİA.az Turan-a istinadən məlumat verir ki, onlar xırda xuliqanlıq törətməkdə təqsirli biliniblər.
Xatırladaq ki, fevralın 11-də beş nəfər AXCP fəalı digər AXCP üzvü, 30 sutka həbs olunmuş Zahir Məmmədliyə dəstək olmaq üçün gəldikləri Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında saxlanılmışdılar.
Saxlanılan şəxslərdən üçü sonradan buraxılmışdı.
pia.az