Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirdə 4400 illik tabut tapıldı

Misirin Qahirə şəhəri yaxınlığındakı Sakkara arxeoloji kompleksində yeni sərdabə tapılıb

Bu günə qədər toxunulmayan və qarətçilər tərəfindən yeri bilinməyən sərdabə 4400 il əvvələ aiddir. Bu barədə Misirin qədim abidələr işi üzrə naziri Xalid əl-Ənnani məlumat verib.

Sərdabə Misirin ali kahini üçün inşa edilib. Qəbirdə eramızdan əvvəl III minilliyin ortalarında yaşayan Vati adlı kahin dəfn edilib.

Sərdabənin daxilində 55 heykəl aşkar edilib. Onlardan çoxu yaxşı qalıb. Sərdabədə 5 oyuq var. Arxeoloqlar Vatinin mumiyalanmış meyitinin hansı sarkofaqda olduğunu müəyyən edə bilməyiblər. Sərdabənin iki səviyyəsi var. Yuxarıda 24, aşağıda 31 heykəl var. Bir çox heykəl dinə aiddir və ya insanları təsvir edir. Sərdabədə tapılan heroqliflər kahinin anası və arvadını, eyni zamanda digər qohumlarına aiddir.

Bundan əlavə, arxeoloqlar o dövrün inşaat, kulinariya və digər fəaliyyətlərinə dair müxtəlif rəngli rəsmlər tapıblar. Sərdabə tapıldıqdan sonra yerli əhali arasında onun lənətlənmiş olduğu, bu günə qədər bu səbəbdən toxunulmadığı barədə şayələr dolaşmağa başladı. Alimlər isə bunu şayə və xürafat adlandırıblar.(olke.az)

pia.az


Etiket: Misir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar