Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin iqtisadiyyatında tənəzzül başlayıb - Dünya yeni iqtisadi böhranın başlanğıcındadır?

“Çin “asqıran” zaman bütün inkişaf etmiş dünya ölkələri “xəstələnir” və hətta varlı ölkələr belə özlərini pis hiss edirlər” - Beynəlxalq Valyuta Fondu

İqtisadçı alim: “Çində istehlakın azalması da o deməkdir ki, bir çox ölkələrdə istehsal olunmuş, o cümlədən Çində bir çox şirkətlərin istehsal etdiyi mallara tələbat azalır”.

“Çox güman ki, tariflərin qaldırılması ilə bağlı Tramp admistrasiyası təkliflərinə yenidən baxacaqlar və Çin ABŞ arasında ticarət münasibətlərinin normal axına gətirilib çıxarılması üçün əlavə yollar axtaracaqlar”.

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu ABŞ-la Çin arasında gedən ticarət savaşını və Çin iqtisadiyyatının zəifləməkdə olması ilə bağlı iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi beynəlxalq iqtisadçı analitiklər Çin iqtisadiyyatının zəifləməkdə olduğunu yazırlar. Qeyd edək ki, 13,5 trilyon dollar həcmində olan Çin iqtisadiyyatı ABŞ-dan sonra dünyada ikincidir.

Analitiklər öz iddialarını Çin iqtisadiyyatının inkişafının hər il daha da azalması ilə əlaqələndirirlər. Analitiklər bildirir ki, Çin əhalisi artıq əvvəlki kimi görünməmiş sürətlə varlanmırlr, əksinə kasıblayırlar. İldən ilə Min iqtisadiyyatının inkişafı daha təvazökar şəkil alır. Çin iqtisadiyyatının artım tempi isə hər il aşağı düşür. Ötən il bu artım əvvəlki 6,8 faizlə müqayisədə geriləyərək 6,6 faiz olub.

Bu zəifləmənin səbəbləri nikbinlik üçün heç bir əsas vermir və bu ilin proqnozları artımın əhəmiyyətli dərəcədə - 6,2 faizə qədər zəifləyəcəyini vəd edir. Əgər yarım milyard çinli kəmərini sıxarsa ölkə dünya iqtisadiyyatı mühərrikindən onun boynundakı ağırlığa çevriləcəkdir.

Hələ ki, söhbət nə böhrandan, nə də tənəzzüldən getmir. Lakin yarım milyard çinli kəmərini sıxarsa ölkə dünya iqtisadiyyatı mühərrikindən biri olmaqdan çıxacaq və kasıblayan əhali həm Çin dövlətinin, həm də dünya iqtisadiyyatının boynundakı ağırlığa çevriləcək.

Çinin iqtisadi artımının geriləməsinin əsas səbəbi isə ABŞ-la ticarət müharibəsi göstərilir. ABŞ-la Çin arasında ticarət savaşının bitməsi hələ çox uzaqdadır. Lakin analitiklərin fikrincə daha dərin və ciddi “xəstəlik” Çinin xaricində deyil, onun daxilindədir.Dünyada ən böyük ixracatçı, ən böyük xammal idxalçısı, ən böyük avtomobil bazarı Çindədir. Ona görə də Çinin problemləri bütün ölkələr - həm varlı, həm inkişaf etmiş, həm də kasıb ölkələr üçün çətinliklərlə doludur.

BBC Rus Xidməti Çinin iqtisadi iztirabının 3 əsas xüsusiyyətini, onun nəticələrini və potensial qurbanlarını vurğulayıb.

1. İstehlakın zəifləməsi. Çinlilər iPhone, avtomobil və lüks əşyaları daha az almağa başlayıblar, bu isə Apple, BMW və Tiffany kimi Qərb istehsalçılarına ziyan vurur.

2. İstehsalda və tikintidə zəifləmə. Buna görə də Çinə daha az neft və polad lazımdır ki, bu da dünya qiymətlərinin aşağı düşməsinə, Avstraliya və Rusiya kimi nəhəng ixracatçılara ziyan vurmasına gətirib çıxarır.

3. Xaricdə sərmayə ehtiyatı. Çinlilər onlarla ölkədə sərmayə qoyurlar, yollar və elektrik stansiyaları inşa edirlər, limanlar və yataqlar alırlar.

İlk ziyan çəkənlər onun əsas iştirakçıları - Ukrayna, RusiyaQazaxıstan kimi tranzit ölkələr, eləcə də Asiya və Afrikadakı kasıb ölkələr - Pakıstandan Banqladeşə, Malayziyadan Efiopiyaya qədər ola bilər.

“Çin “asqıran” zaman bütün inkişaf etmiş dünya ölkələri “xəstələnir” və hətta varlı ölkələr belə özlərini pis hiss edirlər”. Qeyd edək ki, bu cümlədən Beynəlxalq Valyuta Fondu 2018-ci ildə Çinin ümumi daxili məhsulun (ÜDM) sürətinin aşağı düşməsi barədə bədbin statistikası açıqlanan zaman istifadə edib.

Çinlilər dünyadakı “lüks” sayılan məhsulların üçdə birini alır və ildə buna 120 milyard dollar xərcləyir. Çinlilər dünyadakı turizm artımının əsas mənbəyidir. Ötən il isə ümumilikdə çinlilər xaricdən 5 trilyonluq mal alıblar.

ABŞ-la olan ticarət savaşında isə vəziyyət tükdən asılıdır. Trump bildirib ki, martın 2-nə kimi Pekinlə razılıq əldə olunmasa, Çin məhsullarına yeni qadağa tarifləri tətbiq ediləcək.

Çin iqtisadiyyatının dünya iqtisadiyyatına təsiri və ABŞ-la Çin arasında olan ticarət savaşının dünya iqtisadiyyatı üçün təhlükələrini araşdırmaq üçün PİA.az-ın əməkdaşı iqtisadçı alim, ABŞ–ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru Qubad İbadoğluna müraciət edib.

Qubad İbadoğlu: “Çin iqtisadiyyatındakı azalmalar bütövlükdə qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək”.

Ötən ildən artıq Çin iqtisadiyyatının artım tempinin azaldığını diqqətə çatdıran iqtisadçı alim PİA.az-a açıqlamasında əlavə edib ki, Çin iqtisadiyyatında bu ildə də artım tempinin azalması gözlənilir:

“Təbii ki, Çin-lə ABŞ arasında olan ticarət savaşı bütövlükdə dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Ötən ildən başlayaraq Çin iqtisadiyyatının artım tempi azalmğa başlayıb. Bu ildə də artım tempinin azalması gözlənilir. Paralel olaraq Çində istehlak səviyyəsi aşağı düşür. Çində istehlakın azalması da o deməkdir ki, bir çox ölkələrdə istehsal olunmuş, o cümlədən Çində bir çox şirkətlərin istehsal etdiyi mallara tələbat azalır.

Bu da son nəticədə həmin şirkətlərin qiymətli kağızlar bazarında səhmlərinin ucuzlaşmasına gətirib çıxarır. Belə bir hal yanvar ayının sonunda ABŞ yaşadı və Çindəki proseslərin nəticəsi olaraq burada qiymətli kağızlar bazarında fond birjasında səhmlər dəyərsizləşdi. Bu da yəqin ki, davamlı xarakter daşıyacaq.

Ümidverici hal odur ki, ABŞ, əsasən Tramp admistrasiyası ilə Çin arasında müəyyən bir anlaşma var və onlar danışıqları davam etdirirlər. Çox güman ki, tariflərin qaldırılması ilə bağlı Tramp admistrasiyası təkliflərinə yenidən baxacaqlar və Çin ABŞ arasında ticarət münasibətlərinin normal axına gətirilib çıxarılması üçün əlavə yollar axtaracaqlar.

Qubad İbadoğlu: “ABŞ bazarında Çin məhsulları çoxdur. ABŞ-da hara gedirsən Çin malları ilə rastlaşırsan”.

Əgər bu anlaşma olmazsa Çin iqtisadiyyatındakı azalmalar bütövlükdə qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək. Məsələ bundan ibarətdir ki, ABŞ-la Çin arasında ticarət münasibətlərində Çin mallarının ABŞ bazarına çox gəlməsi ABŞ-ın xarici ticarət sadosunda kəsirin artmasına gətirib çıxarıb. Ötən il ərzində təxminən yarım trilyona yaxın Çin və ABŞ arasında ticarət defisiti yaranıb. Yəni Çin ABŞ-dan aldığı mallardan yarım trilyon dollar çox ABŞ-a mal göndərib.

ABŞ bazarında Çin məhsulları çoxdur. ABŞ-da hara gedirsən Çin malları ilə rastlaşırsan. Xüsusən də ABŞ-da ərzaq bazarında Çin mallarına daha çox rast gəlinir. Baxmayaraq ki, ABŞ Çinin bəzi mallarının öz bazarına buraxmır.

Məsələn ABŞ bu vaxta qədər Çin avtomobillərini öz bazarına buraxmır. ABŞ bilir ki, Çin avtomobillərin bazara buraxsa, bu avtomobil bazarında da ciddi dəyişikliklərə gətirib çıxaracaq.

İstənilən halda bu gərginlik davam edəcəyi təqdirdə dünya iqtisadiyyatında müəyyən böhran yaşana bilər. Xüsusilə də bayaq qeyd etdiyim kimi fond bazarında, fond birjalarında, qiymətli kağızlar bazarında biz bunu gözləyə bilərik”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar