Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 4 avtomobil toqquşub
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. (Report)
pia.az