Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsuda zəlzələdən ziyan görən evlərin sayı 603-ə çatıb

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır

Bu barədə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib. Komissiyadan bildirilib ki, hadisə nəticəsində zədələndiyi deyilən evlərin əksəriyyəti rayonun sürüşmə zonasında yerləşir.

Hazırda komissiya tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə Ağsu ərazisində yeraltı təkanlar baş verib.(virtualaz.org)

pia.az


Etiket: Ağsu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar