Bazar ertəsi, 24 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Emma Nikolson Azərbaycana gələcək

"Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək"

Bunu “Report”a açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək: “Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcək.

Bundan başqa, görüşlər çərçivəsində Böyük Britaniyanın plastiklərlə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu iki ölkənin qlobal çağırış kampaniyasına verdiyi birgə töhfə olacaq”.

pia.az


Şərh yazın.

loading...