Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarovun nikbinliyi: Dağlıq Qarabağ münaqişəsi dünyanın 10 əsas münaqişəsi arasında yer almır...

Münhen Təhlükəsizlik Konfransının hazırladığı hesabatda 2019-cu il üçün dünyanın 10 əsas münaqişəsi yer alıb. Həmin münaqişələr içərisində Qarabağ münaqişəsi yoxdur

Bu da onu göstəriri ki, Qarabağ münaqişəsinin həlli beynəlxalq siyasət üçün proritet təhlükə təşkil etmir və Qarabağ münaqişəsi qlobal təhlükə ocağı olaraq qəbul olunmur.Təbii ki, atəşkəsin uzun müddət qorunması və erməni tərəfin danışıqlar ətrafında yaratdığı imitasiya problemin həllinin 10 illərlə uzanmasını təmin etdiyi kimi, eyni zamanda Qarabağ münaqişəsinin də qlobal təhlükə ocağı kimi görünməsini istisna edir.

Politoloq: “Bu cür nikbin fikirlər söyləmək üçün müəyyən əsaslar lazımdır. Yəqin ki, Elmar Məmmədyarovda elə bir əsaslar var”.

“Özü-özlüyündə beynəlxalq qurumlar və beynəlxalq tənzimləmə mexanizmləri münaqişələrdə kifayət qədər rol oynamırlar. Onlar yalnız münaqişələrin gərgin vəziyyətə keçməməsi üçün müəyyən şərait yaradırlar”.

Bu sözləri politoloq İlqar Vəlizadə “The Korea Times” qəzetinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ münaqişəsi ilə bağlı dediyi fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, “The Korea Times” qəzetinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bütün platformalarda ən yüksək səviyyədə səsləndirilib:

“Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur”.

Nazirin sözlərinə görə, təəssüf ki, uzun illər aparılmış danışıqlar heç bir nəticə verməyib: “Amma Ermənistanda bir müddət əvvəl baş vermiş hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla dörd görüşüm danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradıb”.

Həmçinin E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır və bu, ölkənin prinsipial mövqeyidir: “Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır... Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir”-deyə nazir vurğulayıb.

Azərbaycanın bu ümidlərinin doğrulacağını güman etmək olar? Ümumiyyətlə Paşinyan höküməti sələflərindən fərqli olaraq Qarabağ münaqişəsinin həllində real addım ata bilər?

Bu suallarla PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə müraciət edib.

İlqar Vəlizadə: “Əlbəttə, yaxşı olardı ki, Elmar Məmmədyarovun dedikləri reallıqda öz əksini tapsın”.

Bu gün belə nikbinliklə danışmaq üçün ekspertlərdə, xalqda kifayət qədər əsasların olmadığını vurğulayan politoloq əlavə edib ki, ermənilərin açıqlamalarında və sərgilədikləri mövqedə də biz nikbinlik üçün əsasları görmürük:

“Bu cür nikbin fikirlər söyləmək üçün müəyyən əsaslar lazımdır. Yəqin ki, Elmar Məmmədyarovda elə bir əsaslar var. Amma hələ ki, biz o əsasları görmürük. Danışıqlar prosesinin hansı axarla getməsini biz ancaq qısa və lokanik cavablardan bilirik. Yəni Minsk Qrupunun həmsədrlərindən və yaxud da münaqişə tərəflərinin xarici işlər nazirlərindən qısa məlumatlar eşidə bilirik.

Əlbəttə, yaxşı olardı ki, Elmar Məmmədyarovun dedikləri reallıqda öz əksini tapsın. Yaxud da bizim ictimaiyyətimiz bu və ya digər şəkildə deyilən ssenarini real olaraq öz gözləri ilə görsünlər. Amma yenə də bu gün belə nikbinliklə danışmaq üçün ekspertlərdə, xalqda kifayət qədər əsaslar yoxdur. Eyni zamanda açıqlamalarında və sərgilədikləri mövqedə biz nikbinlik üçün əsasları görmürük”.

Politoloq eyni zamanda Münhen Təhlükəzilik Konfransının dünən yayımladığı və 2019-cu il üçün dünyanın 10 əsas münqaişəsinin yer aldığı hesabata da münasibət bildirib. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransının hazırladığı hesabatda 2019-cu il üçün dünyanın 10 əsas münaqişəsi yer alıb. Həmin münaqişələr içərisində Qarabağ münaqişəsi yoxdur. Bu da onu göstəriri ki, Qarabağ münaqişəsinin həlli beynəlxalq siyasət üçün proritet təhlükə təşkil etmir və Qarabağ münaqişəsi qlobal təhlükə ocağı olaraq qəbul olunmur. Təbii ki, atəşkəsin uzun müddət qorunması və erməni tərəfin danışıqlar ətrafında yaratdığı imitasiya problemin həllinin 10 illərlə uzanmasını təmin etdiyi kimi, eyni zamanda Qarabağ münaqişəsinin də qlobal təhlükə ocağı kimi görünməsini istisna edir. Və bu Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxındır ki, işğal altında olması faktına və 1 milyondan artıq insanın uzun illərdir ki, qaçqın statusu ilə yaşadığ şəraitdə baş verir.

İlqar Vəlizadə: “Münhen Təhlükəsizlik Konfransı kimi olan konfransların hesabatlarında gərgin vəziyyətdə olan münaqişələrr ön planda olur. Dağlıq Qarabağ münaqişəsində də atəşkəs əldə edilib və sabitlik yaranıb”.

Münhen Təhlükəsizlik Konfransı kimi olan konfransların hesabatlarında gərgin vəziyyətdə olan münaqişələr nəzərə alındığını qeyd edən İlqar Vəlizadə bildirib ki, beynəlxalq hüquq və yaxud da beynəlxalq mexanizmlər bu cür münaqişələrin həlli üçün kifayət qədər resurslar təqdim etmir:

“Münhen Təhlükəsizlik Konfransı kimi olan konfransların hesabatlarında gərgin vəziyyətdə olan münaqişələr nəzərə alınır. Yəni bu cür konfranslarda gərgin münaqişələr ön planda olur. Dağlıq Qarabağ münaqişəsində də atəşkəs əldə edilib və sabitlik yaranıb. Razılaşdırılan atəşkəs rejimi isə nadir hallarda pozulur. Amma onu da qeyd edim ki, elə zamanlar olur Qarabağ cəbhəsində də canlanma baş verir. Yəni atəşkəs tez-tez pozulur.

Bütün hallarda Qarabağ münaqişəsi ciddi münaqişədir və hər an alovlana bilər. Beynəlxalq hüquq və yaxud da beynəlxalq mexanizmlər bu cür münaqişələrin həlli üçün kifayət qədər resurslar təqdim etmir. Onlar resurs bazası imkanları çox dardır. Ona görə də Qarabağ kimi münaqişələr 10 illərlə davam edir.

Bu cür münaqişələrdə güc daha çox tərəflərə düşür. Yəni münaqişə tərəfləri hər hansı şəkildə razılığa gələ bilirlərsə, onda beynəlxalq mexanizmlər işə salınır və bu razılaşmaların həyata keçməsinə yardım edirlər. Amma özü-özlüyündə beynəlxalq qurumlar və beynəlxalq tənzimləmə mexanizmləri münaqişələrdə kifayət qədər rol oynamırlar. Onlar yalnız münaqişələrin gərgin vəziyyətə keçməməsi üçün müəyyən şərait yaradırlar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar