Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Milli ordumuzun yaradıcısının xatirə günüdür

Bu gün Azərbaycanın böyük oğlu, Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Naziri Səməd bəy Mehmandarovun xatirə günüdür

Onun Cumhuriyyət dövründə yaratdığı 40 minlik Milli Ordudan, işğalçılıq və ikiüzlü siyasətinə görə imtina etdiyi ingilis medallarından, vətənpərvərliyindən, şücaətindən və nəhayət qəbrinə sahib çıxa bilməməzliyindən...

Mehmandarovlar haradan gəlir?

Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan ən ağlabatanı budur ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi olub. Bu vəzifənin icraçısının funksiyası xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerləşdirmək idi. Məhz Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762-1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələrinin sonralar Mehmandarov soyadını qəbul etdikləri deyilir.

Bu soyun tanınmış nümayəndələrindən olan həkim Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu olaraq, "Difai” təşkilatının Şuşa şöbəsinə sədrlik edib.

Mehmandarov soyadını daşıyan ən görkəmli şəxsiyyət isə Səməd bəy Mehmandarov olub. Səməd bəy Mehmandarov Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olub. Qəhramanımız 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Bakıda gimnaziya təhsili alıb. 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında pod-poruçik rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib.

I Dünya müharbəsi başlarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya, 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdi.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilib. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə, Fransa və Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.

1917-ci il fevral ayında burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxır. Bir müddət Vladiqafqaz şəhərində yaşadıqdan sonra Azərbaycana gəlir.

General Mehmandarovun ölkə tarixinə ən böyük töhfəsi onun Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutması və müstəqil Azərbaycanın qısa müddətdə 40 minlik ordusunu yaratması olub.

Ana dilində salamlaşma və ordenlərindən imtina

Hərbiyyə naziri olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: "...əsgərlərin Azərbaycan türkcəsində salamlaşması – bir sözlə, - "Salam”, cavabının isə "Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "Mərhaba!”, əsgər cavab verməlidir: "Çox sağ ol!”.

Bundan başqa Mehmandarovun vətənə sədaqəti imtina etdiyi mükafatlardan da görünür. General Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda olduqları hər yerdə talanlar edir, kəşfiyyat işi aparırlar. Etiraz əlaməti olaraq Səməd bəy İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi orden və medalları İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir: "Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!”.

40 minlik Milli Ordu

İl yarım ərzində silahdaşı və dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy – "yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq” , – deyirdi və bunu mübarizə tədbirlərindən biri hesab edirdi: "Biz heçvaxt boyunduruq altında olmamışıq”. Bu sözlər əsgərləri ruhlandırırdı. Əsgərlər də onun şəninə "Qafqaziyaya şan gəlir, dərdlərə dərman gəlir” - deyə oxuyurdular.

1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirir ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya Müharibəsi illərində ona verdiyi ordenləri özlərinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir.

1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil var idi. 1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırıldı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Ancaq... öz millətinin ordu komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailə üzvlərinin çamadanları hazırlayıb yola çıxmaq istədiklərini görüb dedi: "Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”. Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparan qatar Səməd bəy Mehmandarovu saat yarım gözlədi… O, Bakıda qaldı. Gedənlərin taleyi necə oldu, bunu da hamı bilir.

Ahıl yaşda əlində süpürgə!..

"1923-cü ildə ağ saqqallı Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər”. Bu sözlər hərb tariximizin tanınmış araşdırmaçısı Şəmistan Nəzirlinin "Azərbaycan generalları” kitabından götürülüb.

Həmin kitabda yaddaşlarda qalan bu qorxunc etirafdan da söz açılır. Deyilənə görə, bolşevik hökuməti Səməd bəy Mehmandarovu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın – sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Görk olsun deyə…

Qəbrinə sahib çıxa bilmədik...

Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər…

General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdığı qatarda həlak olur. Oğlu isə sağ qalır və sürgün həyatına davam edir…

P.S. Kirova heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılır. Yaxınları məlum səbəblərdən Bakıda olmurlar. Dövlətdən də heç kim qəbri köçürmək hayında olmur. Əvəzində, S.Mironoviçin heykəli uzun illər o qəbirlərin üstündən bütün bakılılara yol göstərir…(sfera.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar