Çərşənbə axşamı, 15 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Fevralın sonundan qiymət artımının yeni dalğasını müşahidə edəcəyik”

Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması və ”Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

İqtisadçı ekspert Natiq Cəfərli isə bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağını istisna etməyib:“Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel olaraq qiymətlər də artır, bu bahalaşmanı tətikləyən bir amil olur. Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq, il ərzində təxminəm 450 milyon manata yaxın əlavə ödənişlər olacaq. Bazara əlavə vəsait daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər.

Ancaq bu ənənəvi faktorlarla birləşəndə daha çox mənfi reaksiya doğurur. Çünki Azərbaycanda noyabr ayından başlayaraq hər il yeni il öncəsi bir qiymət artımı müşahidə olunur, Novruz bayramı öncəsi də ikinci qiymət artımı baş verir.

Bu il də fevral ayının sonu, mart ayınının əvvəllərindən başlayaraq növbəti qiymət artımı dalğası yaranacaq. Bu, həm bayramlardan öncə tələbatın artması ilə bağlıdır, həm də mövsümi olaraq yerli malların bazarlardan çəkilməsi ilə əlaqədardır. Çünki saxlanılma ilə bağlı problemlər həll olunmadığından, əsasən də kənd təsərrüfatı məhsulları bazardan çəkilir, xarici məhsulların üstünlüyü olur deyə, qiymətlər artır. Bütün bu amillərin birləşməsi və minimum əməkhaqqının artımı nəticə etibarilə bahalaşmaya səbəb olan faktora çevrilir. Bu dəfə də bahalaşma ola bilər – ehtimal çox yüksəkdir. Fevralın sonundan başlayaraq mart ayında Novruz bayramına qədər qiymət artımının yeni dalğasını müşahidə edəcəyik”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Artım

Şərh yazın.

loading...

Ən çox oxunanalar