Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: “ABŞ qanunvericilərini eşitmək istəmirəm”

ABŞ-ın Meksika ilə sərhəddində inşası nəzərdə tutulan divar Konqressdə demokratlarla respublikaçıların bu məsələ ilə bağlı nə cür razılığa gəlmələrindən asılı olmayaraq tikiləcək

Azvision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Texasdakı tərəfdarlarının keçirdiyi mitinqdə bu cür bəyanatla çıxış edib.

“Biz bu divarı istənilən halda tikəcəyik. Onlar (demokratlar və respublikaçılar) deyirlər ki, (danışıqlarda) irəliləyiş var. Mən də dedim ki: gözləyin, Texasdakı insanlarımı görməyə getməliyəm və bu mövzu barədə eşitmək istəmirəm. Ona görə də, onlar “əhəmiyyətli irəliləyiş əldə olunub” deməklə nəyi nəzərdə tutduqlarını bilmirəm. Bəlkə, bu, yaxşı xəbərdir, kim bilir...” – Tramp vurğulayıb.

Bundan əvvəl xəbər yayılmışdı ki, 15 fevralda federal hökumətin işinin növbəti dəfə dayandırılmasına (“şatdaun”) imkan verməmək üçün demokratlar və respublikaçılar ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin təmini məsələsində prinsipial razılığa gəliblər. Onlar Meksika ilə sərhəddə divarın inşası üçün Tramp administrasiyasının tələb etdiyi 5,7 milyard dollar əvəzinə büdcədən yalnız 1,4 milyard dollar əlavə vəsait ayrılmasını təklif edirlər. Lakin əgər Tramp qanunvericilərin bu təklifinin yer aldığı büdcə qanun layihəsini imzalamasa, onda qərarın qəbuluna nail olmaq üçün Konqressin hər iki palatası səslərin ən azı 2/3-ni təmin etməlidir.

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar