Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uzunömürlü insanlarla bağlı maraqlı araşdırma aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə araşdırmalar apararkən yeni nəticələr əldə edib

İnstitutun direktoru Ulduz Həşimova Trend-ə deyib ki, qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə uzunömürlülərlə yanaşı, onların qohumları üzərində də araşdırma aparılıb. Araşdırmanın aparılmasında məqsəd uzunömürlülərdə sinir sisteminin funksional vəziyyətini və beynin uyğunlaşma mexanizmlərini tədqiq etmək olub. Tədqiqat nəticəsində uzunömürlülərlə qohumluğu olmayan insanlarla müqayisədə uzunömürlülərin yaxın qohumlarında baş beynin bioelektrik aktivliyinin strukturunda, gicgah nayihələrində daha yüksək aktivlik aşkar edilib. Bu da uzunömürlülərin yaxın qohumlarında yaddaş, afferent informasiyanın (eşitmə, görmə) inteqrasiyası və emosional fonun harmonizasiyasını təmin edən proseslərin daha yüksək səviyyədə olmasını göstərir.

U. Həşimova qeyd edib ki, sadalanan dəlilllər uzunömürlülərin qohumlarının da gələcəkdə uzunömürlü olacağına zəmin yaradan əsas faktorlardan biridir.

Uzunömürlülərin gecə yuxusu ilə bağlı da araşdırma apardıqlarını deyən institut direktoru əlavə edib ki, uzunömürlülərin sürətli yuxu davamlılığı çox olur.

Onun sözlərinə görə, uzunömürlünün gecə yuxusunun strukturunda REM fazanın dominantlığı irsi-genetik informasiyanın işlənmə mexanizmlərinin üstünlüyünü əks etdirir:

"Yetkin insanın sürətli yuxu fazası 20-25 faiz təşkil edir. Yavaş yuxudan fərqli olaraq, sürətli yuxu fazasında baş beynin fəaliyyəti artır. Sürətli yuxu rəngarəng yuxularla fərqlənir və bu yuxularda qəbul olunmuş informasiyanın işlənilməsi və onun yaddaşa salınması baş verir. Baş beyin salınmış genetik informasiyanı işləyir, onu daxil olan informasiya ilə muqayisə edir və oyanandan sonra ətraf mühitə adaptasiya proqramını formalaşdırır. Görünür ki, bu amil uzunömürlülük üçun vacibdir. Elə bu səbəbdən də uzunömürlülərin sürətli yuxu davamlılığı çox, yəni 60-65 faiz təşkil edir".

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.

U. Həşimova bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında Azərbaycanda ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlindiyini açıqlamışdı. (Reyting.az)

pia.az


Etiket: cəmiyyət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar