Çərşənbə, 24 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Moskva Suriyada Türkiyə və İrana “atmağa” hazırlaşır - Təhlil

Ərəb monarxlarını Suriya kürdlərinə dəstək verməyə çağırır

Rusiya, İran və Türkiyə liderləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayib Ərdoğan Amerika administrasiyasının Suriyadan öz hərbi kontingentini çıxarmaq qərarından sonra bu ölkənin taleyini müzakirə etmək üçün fevralın 14-də Soçidə görüşəcəklər. RF xarici işlər naziri müavini Sergey Verşinin jurnalistlərə bildirib: “Düşünürəm, əsas məsələ müzakirə olunacaq – necə edilsin ki, Amerikanın gedəcəyi halda qarışıqlıq və hərc-mərlcik olmasın, duruma rəvan nəzarət təmin edilsin. Və mən məsələni başqa bir müstəvidə qoyardım – bütün ölkələrin və bütün tərəflərin təhlükəsizliyini necə nəzərə almalı”.

Verşinin əlavə edib:

“Gündəliyi prezidentlərin özləri müəyyən edəcəklər. Amma, təbii, o, “yerdə” nə baş verdiyinin, “yerdə” böyük sabitləşdirməni təmin etməkdən ötrü “Astana”ya zamin üç ölkənin koordinasiyası çərçivəsində daha nə etməyin mümkünlüyü analizini ehtiva edəcək ki, terrorizmlə mübarizədəki uğurlar möhkəmləndirilsin və Suriyanın istənilən hissəsində terror basqınına yol verilməsin”.

Ehtimal ki, konstitusiya komitəsiylə – təmsilçilərin Ərəb Respublikasının Əsas Qanununun təkmilləşdirilməsiylə məşğul olacağı qurumla bağlı məsələlərə də toxunulacaq. Bu, “Astana üçlüyü”nə iştirakçı-üzv ölkələrin liderlərinin siyasi prosesi və Suriyanın münaqişəsonrası inkişafını müzakirə edəcəkləri xəbərini verən Rusiya naziri müavininin sözlərindən irəli gəlir.

“Biz bundan, həm də Suriyaya siyasi tələblərlə şərtlənməyəcək humanitar yardımın göstərilməsi zərurətindən həmişə danışırıq, – Verşinin diqqət yönəldib. – Biz Suriya qaçqınlarının doğma ocaqlara dönüşü kimi önəmli problemdən danışırıq. Hamıya xoş gəlmədiyinə baxmayaraq bu proses gedir”.

Verşininin bəyanatından irəli gəldiyi kimi, Suriyanın mötədil müxalifətin və radikal döyüşçülərin əlində olan İdlib əyalətinin taleyi əsas məsələlərdən biri olacaq. ““Yerdəki” durumun məsələləri Astana formatında istənilən görüşün gündəliyinə daxil olur, – diplomat deyib. – özəlliklə də bütün təfərrüatlarıyla İdlibdəki durum”.

Rusiya tərəfi bu günlərdə işarə edib ki, Suriyada əsas gərginlik ocağı radikal birləşmələrin əsaslı təsirə malik olduğu İdlib olaraq qalır. “Həyat Təhrir əş-Şam”- “Nusra” alyansı döyüşçülərinin Suriya silahlı güclərinə qarşı silahlı basqınları ara vermir, – RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova özünün müntəzəm brifinqində bildirib. – Daxil olan məlumata görə, nusraçılar yanvarın sonunda İdlibdə fəaliyyət göstərən müttəfiqləri “Hurras əd-Din” və “Türküstan İslam Partiyası”na mümkün genişmiqyaslı hərbi əməliyyata birgə hazırlığa başlamaq çağırışıyla müraciət edib. Aydındır ki, terrorçuların son hədəfi bütün İdlib təhlükəsizlik zonası üzərində nəzarət qurmaqdır. Daxil olan məlumatlara görə, onlar zonada fəaliyyətdə olan bütün silahlı birləşmələrin səhra komandirlərinin daxil olduğu mərkəzləşdirilmiş komandanlıq olmaqla vahid əməliyyat qərargahı qurmağı planlaşdırırlar”.

Smolensk meydanında həm də bundan qayğılıdırlar ki, radikal birləşmələrin döyüşçüləri Suriya silahlı gücləri ilə bütün təmas xətlərində guya zəhərli hərbi maddə ehtiyatı toplayırlar. “Həyat Təhrir əş-Şam” döyüşçülərinin bu günlərdə Cisr əş-Şuqur şəhərindən İdlib əyalətinin güneyində yerləşən Xan-Şeyxun yaşayış məntəqəsinə bir neçə qabda xlor qazı gətirdikləri haqda KİV-lərdə dolaşan məlumata diqqət yetirmisiniz, – Rusiya diplomatik idarəsinin rəsmi təmsilçisi diqqəti yönəldib. – İdlib təhlükəsizlik zonasındakı son dərəcə qəliz durum nəzərə alınmaqla ümid edirik ki, türkiyəli tərəfdaşlarımız durumu dəyişdirmək və 2018-ci il 17 sentyabr tarixli Soçi sazişi çərçivəsində hərbsizləşdirilmiş zona yaradılması daxil olmaqla İdlibə görə üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmək üçün səylərini fəallaşdıracaqlar”.

İdlib üzrə anlaşmanın maddələrindən biri üsyançılarla Suriya prezidenti Bəşər Əsədin ordusu arasındakı təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması olub.

Məlum olduğu kimi, İdlibdə mötədil müxalifətin Türkiyə rəhbərliyinə loyal birləşmələri qalıb. Ankara bununla bağlı əyalətdəki duruma radikal birləşmələr və Suriya mötədil müxalifətinin qrupları arasında fərq qoymadan yanaşmağa qarşıdır. Türkiyə xarici işlər naziri müavini Sədat Önal bu günlərdə Vaşinqtonda siyasi, iqtisadi və sosial Araşdırmalar Fondunda (SETA) çıxış edərək bildirib: “Biz orada İdlibdə Rusiya və İranla birgə müəyyən etdiyimiz təhlükəsizlik zonası anlayışının pozulmasına yönəlmiş fitnələr görürük. İdlib sadə məsələ deyil, etiraf etmək gərəkdir ki, təhlükəsizlik zonası daxilində radikal ünsürlər var”. Diplomat vurğulayıb: “Radikalların varlığına orada milyonlarla qaçqının axınına və yaxud yüz minlərlə adamın həlakına, mülki infrastrukturun dağıdılmasına gətirə biləsi tammiqyaslı hücum keçirməyə bəhanə kimi baxılmamalıdır”.

Düzünü desək, Rusiya tərəfi üçün Suriyada münaqişəsonrası tənzimlənmədə önəmli problem İran və Türkiyə nüfuzunun artması perspektivləri olaraq qalır. Ankara Ərəb Respublikasının kürd silahlı birləşmələrinin əlində olan şimal torpaqları üzərində nəzarət qurmağa ümid edir.

Müşahidəçilər güman edirlər – İdlibin hökumət ordusuna təhvil verilməsinin əvəzində Türkiyə güclərinin şərqə sarı irəliləyişinə icazə Rusiya-Türkiyə sövdələşməsinin predmetlərindən biri ola bilər.

İran üçün Suriyanın hərbi siyasətinə cəlb olunaraq qalmağı saxlamaq önəmlidir. İraq və Suriya üzərindən Aralıq dənizinə Tehrana aid edilən dəhliz qurmaq ideyası nəsə mifik bir şey deyil. Ehtimal ki, Moskva bunu çox gözəl anlayır. Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkinin bu yaxınlarda Səudiyyə Ərəbistanına və RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Misirə səfəri bunun əlaməti ola bilər ki, Rusiya ərəb güc mərkəzləri və “Astana üçlüyü” üzrə özünün situativ müttəfiqləri arasında balans topmağa çalışır.

İndi İran və Türkiyə nüfuzunu neytrallaşdırmaqda tədbirlərdən biri, göründüyü kimi, Ərəbistan monarxlarının Suriyanın şimali-şərqində Amerika kontingenti bu bölgəni tərk edəndən sonra kürdlərə dəstəyidir. Və ehtimal ki, Rusiya tərəfi bu planın gerçəkləşməsinə qarşı deyil. Patruşevin BƏƏ-yə fevralın 1-də baş tutmuş səfərinin gündəliyi özündən xəbər verir. O, Əmirliklərin milli təhlükəsizlik üzrə müşaviri, şahzadə Təhnun bin-Zaid əl-Nəhəyanla görüşüb – Yaxın Şərqdəki durum, habelə kəşfiyyat məlumatları mübadiləsi diqqət mərkəzində olub. Rusiya məmurunun mətbuat katibi Yevgeni Anoşin deyib ki, iki dövlətin təmsilçiləri arasında “Şimali Afrika və Yaxın Şərqdə, özəlliklə Liviya, Yəmən və Suriyada baş verən hadisələr üzrə fikir mübadiləsi olub”. Onun sözlərinə görə, Moskva və Əbu-Dabi nəticəyə gəlib ki, həm ikitərəfli, həm də çoxtərəfli formatda işbirliyini genişləndirmək gərəkdir. Söhbət Suriyanın şimali-şərqinə də toxunub.

RF XİN başçısı müavini Sergey Ryabkov fevralın 7-də bildirib ki, “Suriyada müxtəlif cur durumlarla spekulyasiya edərək” Moskva və Tehranı dalaşdırmaq mümkün olmayacaq. Lakin qeyd etməmək çətindir ki, Ərəb Respublikasında qarşıdurma yekunlaşmağa nə qədər yaxınlaşırsa, Astana “triumviratı” iştirakçılarının mövqeləri bir o qədər ayrılır. Ankara və Tehranın güclü iddiaları təkcə Suriyada qalan Rusiya müşavirlərini zərbə altında qoyaraq orada təhlükəsizliklə bağlı durumu uçuruma itələməz, həm də Rusiyanın, sözsüz, Ərəb Respublikasında olan iqtisadi maraqlarına ziyan vura bilər. Astana formatı təzəcə düşünüləndə gərəkliliyi göz qabağındaydı: misalçün, Türkiyənin yardımı olmadan ölkənin bır sıra bölgələrində mötədil müxalifətin fraksiyalarına təsir etmək son dərəcə çətin idi. Amma indi Suriyadakı durum göstərir ki, “üçlük” formatı özünü tükədib. Suriyada balansa tənzimlənmə prosesinə Suriya müxalifətinə birbaşa dəxli olan başqa ölkələri daxil etmək sayəsində nail olmaq mümkündür. (Strateq.az)

pia.az

Şərh yazın.

loading...