Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də yaradılan qurumdan hər kanalda varmış, amma...

Fevralın 6-da Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb

Məqsəd kanalda nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır. Maraqlıdır, digər kanallarda da analoji qurum yaradıla və efirdəki musiqi təqdimatında nizam yaradılması təmin edilə bilərmi?

Məsələ ilə bağlı ATV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a bildirilib ki, sözügedən Şura illərdir televiziyada mövcuddur:

“ATV kanalında neçə illərdir Bədii Şura fəaliyyət göstərir. Bu şuranın rəhbəri əməkdar jurnalist Vüqar Babayevdir. Vaxtaşırı olaraq televiziya rəhbərinin iştirakı ilə Bədii Şuranın toplantısı keçirilir, qərarlar qəbul olunur və müvafiq göstərişlər verilir. Şuranın tərkibinə televiziyanın rəhbərliyində təmsil olunan şəxslər də daxildir. Ümumiyyətlə, bizdə efirə gedən verilişlərlə bağlı mütəmadi olaraq toplantılar keçirilir və tövsiyələr verilir”.

“ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli isə bildirib ki, ARB TV-də 2 ilə yaxındır Bədii Şura yaradılıb:

“Şuraya tanınmış televiziya mütəxəssisi, sənətşünas Nadir Bədəlov rəhbərlik edir və şura tam tərkibi ilə ən azı ayda bir dəfə toplanır. İclaslarda televiziyamızın yaradıcı mühiti müzakirə edilir. Nöqsanlar və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq addımlar atılır. Televiziyamızın Bədii Şurası aparıcılarımız və veriliş redaktorları ilə vizual məhsullarımızın tamaşaçılara daha keyfiyyətli təqdim olunması üçün müvafiq işlər görür”.

“Speys” televiziyasından saytımıza verilən məlumata görə, burada da artıq bir neçə ildir Bədii Şura fəaliyyət göstərir.

Qeyd edək ki, mütəxəssislər də bəzi kanallarda Bədii Şura olduğunu, lakin formal xarakter daşıdığını bildirirlər. Onlar özəl televiziyalarda kommersiya məqsədinin öndə olduğuna görə Bədii Şuranın tələblərinə riayət edilmədiyini vurğulayırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar